“Kurtlar vadisi” lənətlənibmi?

Türkiyənin istehsalı olan “Kurtlar vadisi” teleserialı yayımlanan gündən həm öz vətənində, həm də Azərbaycanda yüksək dərəcədə maraq və həyəcanla qarşılandı. Filmdəki hadisələri hədsiz səbirsizliklə izləyən Azərbaycan tamaşaçısı isə bu serialda rol alan aktyorları hər zaman canlı olaraq görmək, onlarla təmasda olmaq arzusunda bulunub. Elə bu üzdən də serialın bəzi qəhrəmanlarının paytaxtımızda qonaq olmaları böyük ilgiyə səbəb oldu. Amma bugünkü məqsədimiz ümumən bu serial haqqında danışmaq deyil, bəzi obrazları ifa edən aktyorlar haqqındadır.

 Son zamanlar qardaş ölkə televiziyasında tez-tez belə bir fikir səslənir: “Kurtlar vadisi” lanetlimi?”. Mütəmadi olaraq izləyəndə yenə maraqlı bir fikirlə qarşılaşdıq. Sən demə, bu serialın çəkilişləri bitəndən sonra orada rol alan aktyorların iş fəaliyyətində bəzi axsamalar olur. Məsələn, baş rol ifaçılarından İstemi Betil, Nihat Nikerel, Tarık Ünlüoğlu, Elif rolunun ifaçısı Özgü Namal “Kurtlar vadisi” serialından sonra nədənsə əvvəlki başarılarını sürdürə bilmədilər. Onların çəkildikləri seriallar reytinq rekordlarını qıra bilmədiyindən ekrandan qaldırıldı. Çəkildikləri filmlər isə tamaşaçılar tərəfindən sevilmədi. Özgü Namal “Kurtlar vadisi”ndə “öləndən” sonra özünü televiziya verilişlərinə sarı verdi, amma burda da qalibiyyəti yaxalaya bilmədi. Hazırda bu ünlü aktyorların səhnə həyatı durğunluq dövrünü yaşayır və nə zamana qədər sürəcəyi bəlli deyil. Bütün bu hadisələr isə adıçəkilən serialdan sonra baş verənlərdir. Elə ona görə də bu serialın lənətli olması barədə fikirlər yayılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma