Sahibsiz sevgi məktubu

love.jpg

Sahibsiz sevgi məktubu
Bilirəm oxumayacaqsan, amma yenə də yazıram. Oxumayacaqsan, çünki göndərməyəcəm. Bəlkə otağımın bir küncündə, bəlkə geymədiyim bir köynəyin cibində tapacaqlar illər sonra. Kimisi sevgi məktubu deyəcək, kimisi ümid dolu bir məktub… Kimisi cümlələrin qəlbən yazılışına heyran qalacaq, kimisi sualların sərtliyi ilə təsirlənəcək… Hal-hazırki bir kağız olmayacaq indi əlimdə tutduğum kağız. Bəzi hərflər oxunmayacaq, bəzi sorğu işarələri də həmçinin. Kimisi sorğularımı xəyallar kimi anlayacaq. Nöqtələrim belə silinəcək. Bu gün bitirdiyimi sandığım bir çox xatirələrdən bitməmiş cümlələr qalacaq illər sonra… Səni hökmən suçlayacaqlar. Mənim özümü günahlandıran ifadələrimdən belə, mənə acıyan çıxacaq. Bu məktubumu oxuyanlar sənin gözəl olduğuna dair hökm edəcəklər. Hətta gözəl belə deyilsən anlamlı olduğunda həmfikir qalacaqlar. Səni sevdiyimi düşüncələrinə belə gətirməyəcəklər. Amma sənin məni sevib sevmədiyin məsələsində biri-biriləriylə mübahisəyə girəcəklər. Sən oxumayacaqsan, amma oxuyacaqmışsan kimi yenə də yazıram. Yazdıqdan sonra cırıb atmağı da düşünürəm. Amma ağlımda başqa fikir. Amma xeyir, saxlayacam. Oxumamış olsan da kəlmələrimi sevdiyimi bilirsən. Sevdiyim üçün, mənim sənə bu məktubu yazdığımı hiss edəcəyini bilirəm. Mən yazarkən içinin ürpəkdiyini, gülən üzünün hüznləndiyini, danışan dilinin susqunlaşdığını, ağlının qarışdığını, qəlbinin həyəcanla atdığını hiss edirəm. Bəlkə sırf bu səbəbdən yazıram. Sanki bu yazılarımla sənə toxunuram. Sanki kağızı qatlamaq deyil, sənə sarılıram. Məktubu saxlamayıb sanki səni unutmağa çalışıram. Xeyir, oxumayacaqsan. Göndərməyəcəm, çünki adresin yoxdur. Bəlkə poçtalyona versəm səni tapar. Amma öncə məni çox yaxşı tanıması gərək. Mənim də onu. Tanıması kifayət etməz məni anlaması da həmçinin şərt. Mənim də onu. Mənim üçün sənin necə anlam ifadə etdiyini yaxşı bilməsi gərək. Bilməlidir ki, səni tapa bilsin. Bilməlidir ki, səni tapmaq ayaqlarını yormasın, ağlını çaşdırmasın. Bu məktubu göndərməyəcəm. Çünki sahibini bilmirəm. Səni sevirəm amma kimsən bilmirəm. Nə üzünün simasını, nə səsinin tonunu, nə oturduğun evin mənzərəsini. Hansı vurğuyla çıxar dilindən sevgin? Hansı rəngləri sevirsən? Məktub alınca nə hiss edərsən? Səni qorxudan bir qapı zənginin səbəbi olmaq istəmirəm. Mənim necə biri olduğumu sən zənn edə bilməzsən. Bu məktubu göndərməyəcəm. Çünki mən yoxam. Göndərməyəcəm… Çünki sən də yoxsan!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma