Futbol
NeXtAz olaraq daha bir yeniliyi sizlərin hüzuruna gətirmişik.Artıq futbol təhminləridə fəaliyyətə başlamışdır.Hər həftə futbol təhminləri veriləcək.Xatırladımki futbol təhminləri özünü 80-90% doğruldur.HAMI FUTBOLA….
| OYUNLAR-1 Noyabr(Təhminlər) |
|
20:00 Athletic Bilbao ? – ? Villarreal -01 |
P.S:Təhminlər R.Emilə məxsusdur.
Keşən dəfə yazdığımız təhminlərin 70%-i düz çıxmışdır.
—Oyna
—Oyna
—Oyna
Yeni-yeni yeniliklərlqarşınızda olacayıq. Tezliklə….
4 qat İtaliya çempionu Canluka Angeluççi “Çempion”a danışdı
Srağagündən etibaran “Şəfa” stadionunda bayram əhvali-ruhiyyəsi hökm sürür. Buna səbəb 90-cı illərin məşhur italiyan futbolçularının sözügedən arenada uşaq komandaları üçün məşqlər, gənc azərbaycanlı uşaq məşqçiləri üçün isə seminarlar təşkil etmələridir. Qeyd edək ki, “Milan” komandası “Milan Junior Kamp” layihəsi ilə Bakının “İnter” klubuna qonaq gəlib. Məqsəd daha bacarıqlı uşaqların seçilməsi və İtaliyanın “Milan” klubunun aşağı yaş qruplarından ibarət komandalarına cəlb olunmasıdır. Saat 14:00-da işin əsas mərhələsinin startı verildi. “Milan”ın formasında olan 300-dən çox uşaq 10 qrupa bölünərək meydançaya çıxdı. Qeyd edək ki, bunların 200-ə yaxını “Sabahın ulduzları” Bakı çempionatının aşkarladığı futbolçulardır. Qapıçıların məşqini izləmək isə bizə əlavə zövq verirdi. Belə ki, qapıçılarla işləyən məşqçi Canluko Angeluççinin hər bir hərəkəti alqışlarla qarşılanırdı. Məlumat üçün qeyd edək ki, Angeluççi İtaliyanın “Roma”, “Napoli”, “Katanya”, “Torino” və digər klublarının şərəfini qoruyub və 4 dəfə İtaliya çempionu titulunu qazanıb. Fürsətdən istifadə edib keçmiş futbolçu ilə söhbət etdik.
- Digərlərindən fərqli olaraq sizin keçdiyiniz məşqlər və topla davranışınız alqışlarla qarşılanırdı. Bu nə ilə əlaqədardır?
- Uşaq yaşlarımdan futbola böyük maraq göstərmişəm. Peşəkar futbolçu olmaq ən böyük arzum olub. Sevinirəm ki, həmin zirvədəyəm. O ki qaldı keçdiyim məşqin alqışlarla qarşılanmasına… Meydançada həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Yəqin ki, alqışa layiq görülməyim məhz bununla əlaqədardır.
- Uşaqların hazırlığı sizi qane etdimi?
- Məşq keçdiyim uşaqların əksəriyyətinin gözlərində futbolçu olmaq arzusu gördüm. Onlar yeni tapşırıq verməyimi və bu tapşırıqları yerinə yetirmək üçün alışıb yanırdılar. Uşaqlar toplanışın ilk mərhələsində yaxşı təsir bağılşadılar. Bir sözlə, onların hazırlıq səviyyəsindən razı qaldım.
- Konkret hansı qapıçını bəyəndiyinizi deyə bilərsiniz?
- Düzdür, öz-özlüyümdə seçim aparmışam və kimin daha məqsədəuyğun olduğunu müəyyənləşdirmişəm. Lakin qarşıda hələ bir neçə məşq var. Hər şey sonda məlum olacaq.
- Bilmək maraqlı olardı… “Milan”a aparılacaq futbolçular arasında qapıçı da olacaq?
- Ayın 31-nə kimi Azərbaycandayıq. Ən potensiallı uşaqları İtaliyaya aparmaq fikrindəyik. Əlbəttə ki, namizədlər arasında qapıçıların da adları var. Əks təqdirdə mən buraya niyə gəlmişəm? (Gülür)
- “Milan Junior Kamp” layihəsinin Azərbaycana gəlişi mütəmadi olacaqmı?
- Bildiyiniz kimi, “İnter” klubunun təşəbbüsü və təşkilatçılığı nəticəsində Azərbaycana gəlmişik. Bu, ilk və son gəlişimiz deyil. Analoji seçimi hər il aparmaq niyyətindəyik.
- Azərbaycana gəlməzdən öncə ölkəmiz haqqında məlumatınız var idi?
- Açığını desəm, ölkəniz haqqında çox bilgiyə malik deyiləm. Sadəcə, Azərbaycana gəlməyimizi biləndə təsəvvürümdə ölkənizin maketini qurmağa başlamışdım.
- Azərbaycan təsəvvürünüzdəki maketlə eyni oldumu?
- Həqiqətən Azərbaycanın belə ölkə olacağını gözləmirdim. Burada çoxlu geniş küçələr və yüksək səviyyəli otellər var. Eşitmişəm ki, Azərbaycan iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. İnsanlarınıza isə söz ola bilməz. Qarşılaşdığım hər kəs mənə ən səmimi duyğularını bildirir. Azərbaycanda olduğuma görə çox sevinirəm.
- Azərbaycanda sizin üçün yaradılan şəraitdən razısınız?
- Hər şey qaydasındadır. Bizim üçün yaratdığı şəraitə görə “İnter” klubunun idarə heyətinə və prezident Georgi Nikolova təşəkkür edirəm.
- İtaliyada əksər stadionların qazonu təbiidir. “Şəfa” stadionunun süni örtüklü olması planlarınıza mənfi təsir göstərmədi ki?
- Yox, elə də ciddi təsir göstərmədi. çünki İtaliyada da süni örtüklü meydança praktikası tətbiq edilməkdədir.
- Maraqlıdır, uşaqlara məşq keçəndə bu sənətə gəldiyiniz günü xatırladınız?
- Bəli, ilk məşqim və məşqçim Negerzola yadıma düşdü. Həmin məşqçi İtaliyanın məşhur “Milan”, “Roma” klublarında çalışıb. İlk məşqdə çox həyəcanlı idim. Etiraf edim ki, sizin uşaqlardan çox zəif idim.
- Məşq keçdiyiniz uşaqlar arasında gələcəyin Toldosunu, Buffonunu gördünüzmü?
- Dediyim kimi, uşaqların hazırlıq səviyyəsi məni qane etdi. Amma hələ bu sənətə yenicə qədəm qoyublar. Bu səbəbdən gələcək üçün konkret proqnoz verməyə çətinlik çəkirəm.
- İndi isə gəlin sizin karyeranız və İtaliya futbolu barədə qısaca da olsa, söhbətlşək…
- Buyurun…
- İtaliyanın hansı klublarının formasını geyinmisiniz?
- Müəyyən zaman kəsiklərində “Atalanta”, “Torino”, “Roma”, “Katanya” və “Napoli”də çıxış etmişəm.
- Futbolçu karyeranızı uğurlu hesab etmək olar?
- İtaliya futbolunda ad qoymağa çalışmışam. Məncə, buna nail olmuşam da. Belə ki, ayrı-ayrı komandaların heyətində 4 dəfə İtaliya çempionatının qızıl medallarını almışam.
- Hazırda hansı komandada çalışırsınız?
- “Roma”nın aşağı yaş qruplarından ibarət komandalarında qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirirəm.
- Bəs niyə “Milan Junior Kamp” layihəsində iştirak edirsiniz?
- Bu layihənin iştirakçısı olmaq üçün “Milan”da olmaq şərt deyil. Layihə rəhbəri istənilən italyan məşqçini bu kollektivə cəlb edə bilər.
- Son sualımız. Axır vaxtlar İtaliya futbolu enişdədir. Bunun səbəbini nədə görürsünüz?
- Fikrinizlə tamamilə razıyam. Hazırda İtaliyada digər sektorlara ayrılan qayğı nədənsə futbola şamil edilmir. Beləcə, biz əvvəlki şöhrətimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışıq.
Bir mükafata 23 namizəd
öncə siyahıda yer alan oyunçuların sayı 30-a bərabər idi. Lakin FİFA-nın açıqladığı yeni siyahıda 7 futbolçu ixtisara düşüb. İndiki namizədlərdən 17-si Avropa, 3-ü Afrika, digər 3-ü isə Amerikanı təmsil edir. Maraqlıdır ki, yeni siyahıda “Brilyant top”a yalnız bir müdafiəçi namizəddir. Bu, İngiltərə yığmasının və “çelsi”nin üzvü Con Terridir. Ən çox İspaniya milli komandasının futbolçuları fəxri mükafata namizəd sayılırlar. Yayda Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatında qızıl medallara yiyələnmiş kollektivin 6 oyunçusu planetin ən yaxşısı seçilmək imkanına malikdir. Qeyd edək ki, “Brilyant top”un sahibi milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək. Həm baş məşqçi, həm də kapitan favorit saydığı 3 futbolçunun adını göstərməlidir. Qaydalara görə, birinci yerdə göstərilən oyunçuya 5, ikinci və üçüncü pillələrdə qeyd edilən futbolçulara isə müvafiq olaraq, 3 və 1 xal veriləcək. ümumi xallar toplandıqdan sonra səsvermənin nəticələri elan olunacaq. Mükafatlandırma mərasimi isə 2009-cu il yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçiriləcək. Xatırladaq ki, bu il sayca 18-ci dəfə keçirilən “Brilyant top” mükafatını hamıdan çox Zinəddin Zidan və Ronaldo qazanıb. Onların hər ikisi müxtəlif illərdə 3 dəfə dünyanın ən yaxşı futbolçusu seçiliblər.
“Brilyant top”un
sahibləri:
1991-ci il – Lotar Matteus (Almaniya)
1992-ci il – Marko van Basten (Hollandiya)
1993-cü il – Roberto Baco (İtaliya)
1994-cü il – Romario (Braziliya)
1995-ci il – Corc Vea (Liberiya)
1996-cı il – Ronaldo (Braziliya)
1997-ci il – Ronaldo (Braziliya)
1998-ci il – Zinəddin Zidan (Fransa)
1999-cu il – Rivaldo (Braziliya)
2000-ci il – Zinəddin Zidan (Fransa)
2001-ci il – Luiş Fiqu (Portuqaliya)
2002-ci il – Ronaldo (Braziliya)
2003-cü il – Zinəddin Zidan (Fransa)
2004-cü il – Ronaldinyo (Braziliya)
2005-ci il – Ronaldinyo (Braziliya)
2006-cı il – Fabio Kannavaro (İtaliya)
2007-ci il – Kaka (Braziliya)
“Brilyant top”a namizədlər:
Qapıçılar:İker Kasilyas (“Real”; İspaniya), Canluici Buffon (“Yuventus”; İtaliya);
Müdafiəçi: Con Terri (“çelsi”; İngiltərə);
Yarımmüdafiəçilər: Kriştianu Ronaldo (“Mançester Yunayted”; Portuqaliya), Deku (“çelsi”; Portuqaliya), Mixael Ballak (“çelsi”; Almaniya), Fransesk Fabreqas (“Arsenal”; İspaniya), Xavi Ernandes (“Barselona”; İspaniya), Andreas İnyesta (“Barselona”; İspaniya), Frank Lempard (“çelsi”; İngiltərə), Stiven Cerrard (“Liverpul”; İngiltərə), Kaka (“Milan”; Braziliya), Frank Riberi (“Bavariya”; Fransa);
Hücumçular: Rud van Nistelroy (“Real”; Hollandiya), David Vilya (“Valensiya”; İspaniya), Fernando Torres (“Liverpul”; İspaniya), Andrey Arşavin (“Zenit”; Rusiya), Zlatan İbrahimoviç (“İnter”; İsveç), Emmanuel Adebayor (“Arsenal”; Toqo), Didye Droqba (“çelsi”; Kot d’İvuar), Samuel Eto’O (“Barselona”; İspaniya), Serxio Aquero (“Atletiko”; İspaniya), Lionel Messi (“Barselona”, Argentina).
“Bəlkə də 10 ildən sonra məşqçi oldum”
Zinəddin Zidan futboldan kənardır – inanılmazdır. Bugünlərdə Fransa yığmasının keçmiş kapitanı “Kanal+” telekanalıyla müqavilə imzalayıb. Burada o, şərhçi işləyəcək. Zizu oyundan əvvəl komandaların hazırlığı haqda məlumat toplamalı, matç zamanı isə futbolçu və məşqçilərlə bəzi müzakirələr aparmalıdır. Müqaviləni imzaladıqdan sonra Zidan futbolçu karyerasını bitirməsindən bəri ikinci dəfə mətbuat konfransı keçirib.






















Şərhlər»
No comments yet — be the first.