jump to navigation

Rusiyada nəşr olunan “Uşaqlar üçün ensiklopediya”da Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri Ermənistan torpaqları kimi göstərilib. Aprel 25, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Tariximiz::., .::Xəbərlər::..
Tags: ,
add a comment
APA-nın məlumatına görə, ensiklopediyanın 2007-ci ildə çap olunmuş “Coğrafiya” cildinin (redaksiya heyəti: M. Aksyonova, A.Elioviç və b.) 33-cü səhifəsində yer almış “Orta əsr Ermənistanı coğrafiyası” yazısında və xəritədə Azərbaycan, Türkiyə, Gürcüstan və İran əraziləri Ermənistanın ərazisi kimi əks olunub. Bununla yanaşı, məqalədə çoxlu təhrif və səhvlərə yol verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov APA-ya açıqlamasında tarixi qaynaqlarda orta əsrlərdə Ermənistan deyilən inzibati ada, əraziyə rast gəlinmədiyini bildirib: “Cənubi Qafqazın yerli əhalisi kənarda qalıb, vaxtilə rusların bu əraziyə köçürdüyü ermənilər haqqında coğrafiya bölümünə “Orta əsr Ermənistanı coğrafiyası” məqaləsi daxil edilib. İlk orta əsrlərdə Bizans dövrü, Ərəb xilafəti işğalı dövrü, Səlcuq dövrü, monqol işğalı dövrü olub. XV-XVIII əsrin I yarısı isə Azərbaycanın Səfəvilər imperiyasının mövcud olduğu dövrdür. (davamı…)

Paytaxt qəbiristanlıqlarında dirilərin də qəbirləri var Aprel 22, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Tariximiz::., .::Xəbərlər::..
Tags: ,
add a comment
Qurd qapısı və Xırdalan qəbiristanlıqlarında bəzi qəbirlərin üzərində doğum tarixinin bütöv, ölüm tarixinin yarımçıq yazılması buna sübutdur
Paytaxtın iki qəbiristanlığında bir saat dolaşmaq yetər ki, dirilərin qəbirlərini üz gözlərinizlə görəsiniz. Məsələn, Qurd Qapısı adlanan ərazidəki qəbiristanlıqda təkcə yol kənarında iki qəbir var ki, sahibləri sağ-salamatdır. Mollalardan birinin sözlərinə görə, buradakı qəbirlərdən birinin sahibi xanımdır. O, 90-cı illərin əvəllərindən qazdırdığı məzarına tez-tez baş çəkir. Hətta vaxtaşırı qəbri üstünə gətirib çiçək də qoyur. Mollanın sözlərinə görə, məzarlıqda belə qəbirləri çox tapmaq olar.
Qəbirsitanlıqda olan Həsən adlı molla dinimizdə bu cür halların olmadığını deyir. Mərmər qəbirlərin üzərindəki boltlar da insanın diqqətini cəlb edir. Mollanın sözlərinə görə, mərməri qaldıranda sınmasın deyə belə bir variant düşünülüb. Yəni, adam öləndə sadəcə boltu açıb, mərməri qaldırırlar, vəssalam. Məzar onsuz da hazırdır. (davamı…)

İPƏK YOLUNUN TARİXİ Aprel 7, 2008

Posted by memmedovaydin in .::Azərbaycan::., .::Tariximiz::..
Tags:
add a comment
İPƏK YOLUNUN TARİXİ
İpək Yolu bizim eranın birinci minilliyindən başlayaraq ikinci minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürür və sonra Orta Asiyada Təkləməkan səhrasından keçən şimal və cənub marşrutlarına ayrılır, sonra isə yenidən birləşərək İranın yaylalarını kəsib keçir və Antiox və Tire şəhərlərində qurtarır.
Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İskəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi.
İpək Yolu üçün əsas tarixi fəaliyyət dövrləri Çində Xan sülaləsinin (b.e.ə. 206-cı il-b.e. 220-ci il), Çində Tanq sülaləsinin (b.e. 613-907-ci illər) və monqol imperatoru Xanatanın (b.e. XIII-XIV əsrlər) hakimiyyət dövrləri idi. Nəhəng imperiyanı idarə edən monqollar İpək Yolunun Avropa-Asiya çöllərindən keçən şimal marşrutunu qorumağı öz öhdələrinə götürdülər. (davamı…)