Dövlət qurumlarında elektron xidmət November 8, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Siyasət::., .::Xəbərlər::..Tags: Dövlət qurumlarında elektron xidmət, NextAz, Qaynar xətt
add a comment

16 dövlət qurumu tərəfindən heç bir xidmət elektron formada təqdim olunmur. Yalnız 5 dövlət qurumunun saytında Qaynar Xətt xidməti haqqında məlumat qoyulub.Multimedia Mərkəzi dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqini aparıb. Monitorinq “İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması” Layihəsi çərçivəsində keçirilib.
Monitorinq prosesində dövlət orqanları tərəfindən elektron formada təqdim olunan müxtəlif xidmətlərin (müraciətlər, ərizələr, sorğular, qəbula yazılmaq, elektron formalar, elektron bəyannamələr, Qaynar xətt və s.) mövcudluğu və işləməsi vəziyyəti araşdırılıb.
Hər bir dövlət qurumu üzrə elektron formada göstərilən xidmətin adı, əldə olunması və istifadə qaydasını özündə əks etdirən məlumat toplusu hazırlanıb və www.informasiya.org saytında yerləşdirilib.
Monitorinq prosesində elektron xidmətlər üzrə 50 dövlət qurumunun rəsmi internet resursları ( Prezidentin, Milli Məclisin Nazirlər Kabinetinin , Nazirliklərin, Dövlət Komitələrinin, İcra hakimiyyətlərinin , Məhkəmələrin və s ) analiz olunub.
Monitorinq nəticəsində məlum olub ki, az sayda olsa da ayrı-ayrı dövlət qurumları tərəfindən klassik formada təklif olunan adi xidmətlərin addım-addım elektron formaya keçirilməsinə başlanıb. Əksər dövlət qurumları tərəfindən yalnız müraciət, əlaqə və sual-cavab üçün, müxtəlif formaların əldə olunması üçün elektron formadan istifadə olunur. 16 dövlət qurumu tərəfindən heç bir xidmət elektron formada təqdim olunmur. Yalnız 5 dövlət qurumunun saytında Qaynar Xətt xidməti haqqında məlumat qoyulub. Bir dövlət qurumunun təqdim etdiyi xidmət istisna olmaqla, vətəndaşlar və hüquqi şəxslər üçün ciddi əhəmiyyət kəsb edən xidmətlərin heç birisi elektron formaya keçirilməyib.
Ölkədə hələ də “Elektron hökumət” quruculuğu üzrə konkret Proqram qəbul edilmədiyindən, infrastruktur problemləri həll olunmadığından, hökumət tərəfindən zəruri elektron xidmətlərin Baza siyahısı təsdiqlənmədiyindən, həmçinin lazımi maarifçilik işləri aparılmadığından vətəndaşların böyük əksəriyyəti bu imkanlardan yararlana bilmirlər.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.
Ruslar Ukraynanın tərkibində müstəqil “dövlət” yaratdılar Oktyabr 26, 2008
Posted by nextaz in .::Dünya::., .::Maraqlıdır::., .::Siyasət::., .::Xəbərlər::..Tags: Rusiya, Ruslar Ukraynanın tərkibində müstəqil “dövlət, Ukrayna
1 comment so far

İndi Ukraynanın da “Qarabağ”ı var…
Karpatyanı rusların (rusinlər) 2-ci Avropa Konqresi Ukrayna tərkibində özlərinin “dövlətçiliyini bərpa etmək” barədə akt qəbul edib. Lent.az-ın “Regnum” agentliyinə istinadən məlumatına görə, bu barədə Karpatyanı Rus (Ruteniya) “respublikası”nın Soymunun (parlament) sədri Dimitri Sidor məlumat verib.
Konqres Ukraynanın Zakarpat vilayətinin inzibati mərkəzi olan Mukaçevo şəhərindəki Rus Dram Teatrında keçirilib. “Biz separatçı deyilik, biz Ukraynanın tərkibində respublika statusu əldə etməyə çalışırıq. Bu, bizim əcdadlarımızın və gələcək nəsillərin qarşısında borcumuzdur”, – deyə, D.Sidor bildirib.
O, ölkə hakimiyyətini Karpatyanı ruslarla (rusinlər) danışıqlar stolu arxasında oturmağa çağırıb: “Dekabrın 1-dək Zakarpat vilayət Soveti regionu Ukrayna tərkibində rusların milli muxtariyyəti elan etməsə, ruslar öz “dövlətçiliyini” özləri elan edəcəklər”.
2008-ci ilin iyununda “Karpatyanı Rus dövləti”nin Soymunun iclasında “Karpatyanı Rus dövlətçiliyinin atributlarının təsdiq edilməsi” barədə qərar qəbul etmiş və 1938-ci il Konstitusiyasının yenidən qüvvəyə minməsi elan edilmişdi. Həmin Konstitusiyaya görə, Karpatyanı Rus xalqı və “rusların Karpatdan cənuba tərəf olan əraziləri” beynəlxalq hüququn subyekti elan olunmuşdu.
“Regnum”un yazdığına görə, bir qədər əvvəl Dimitri Sidor mətbuata bildirib: “SSRİ-nin süqutundan sonra Karpatyanı Rus avtomatik olaraq müstəqillik əldə etməliydi. Çünki Karpatyanı Rusun Ukrayna tərkibinə daxil edilməsi barədə müqavilə Çexoslovakiya ilə SSRİ arasında imzalanmışdı. Ukrayna Sovet İttifaqının hüquqi varisi olmadığı üçün o müqavilə qüvvədən düşmüş sayılmalıdır”. Onun sözlərinə görə, 1991-ci il referendumunda rusinlər Ukraynanın tərkibində muxtariyyətə səs veriblər: “Bundan sonra Kiyev, Karpatyanı Rusun bir vaxtlar tərkibinə daxil olduğu dövlətlərin hamısına tüpürüb, zorla assimilyasiya siyasəti aparmağa başladı. Ukrayna, faktiki olaraq, rusin xalqının soyqırımını həyata keçirdi”.
Türkiyə dövləti belə nifrətlə qınanacaq işə imza atmaz May 14, 2008
Posted by memmedovaydin in .::Azərbaycan::., .::Dünya::., .::Siyasət::., .::Xəbərlər::..Tags: Abbas Bozyel, Aqos, ermeni jurnalisti, göyerçin heykəl, Hrant Dink, Hrant Dinkin vurulduğu səkiyə göyərçin heykəli q, Türkiyə
3 comments

Hrant Dinkin vurulduğu səkiyə göyərçin heykəli qoyulacaq
Abbas Bozyel: “Türkiyə dövləti belə nifrətlə qınanacaq işə imza atmaz”
Keçən il İstanbulda qətlə yetiliən “Aqos” qəzetinin erməni redaktoru Hrant Dinkin güllələndiyi yerdə göyərçin heykəli qoyulacaq. “Doğan xəbər agentliyi”nin verdiyi məlumata görə, bu heykəli Türkiyənin məhşur heykəltəraşı Mehmet Aksoy hazırlayıb. Aksoy Dinkin vurulduğu səkiyə yerləşdiriləcək 120 x120 ölçülü heykəlin 30 sm. dərinlikdə olacağını və üzərinin şüşə ilə örtüləcəyini deyib. Heykəltəraş bildirib ki, məqsəd yoldan keçən insanlara vicdan əzabı çəkdirməkdir. (davamı…)
İlham Əliyev Dmitri Medvedevi Azərbaycana dəvət edib May 8, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Siyasət::., .::Xəbərlər::..Tags: Ilham Eliyev, İlham Əliyev Dmitri Medvedevi Azərbaycana dəvət ed
add a comment
Dövlət başçısı rusiyalı həmkarına Böyük Vətən müharibəsində Qələbə günü münasibətilə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Sizi, ön və arxa cəbhə veteranlarını, dost Rusiya xalqını əlamətdar bayram – 1941-45-ci illərin Böyük Vətən müharibəsində Qələbə günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan və Rusiya xalqlarının dostluğu və möhkəm birliyi Hitler faşizminə qarşı mübarizənin sərt sınaqlarından şərəflə çıxmışdır. Onlar cəbhələrdə şücaət və qəhrəmanlığı, arxada əzmkarlıq və fədakar əməyi sayəsində Qələbənin qazanılmasına çox böyük töhfə vermişlər.
(davamı…)
«Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çox işimiz var» May 8, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Siyasət::., .::Xəbərlər::..Tags: «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə, Dagliq Qarabag, Kondoliza Rays
add a comment

ABŞ dövlət katibi Kondoliza Rays Ermənistanan xarici işlər naziri Edvard Nalbandyana təbrik göndərib
ABŞ dövlət katibi Kondoliza Rays Edvard Nalbandyana Ermənistanın xarici işlər naziri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.
Ermənistan XİN-in məlumatına görə, Edvard Nalbandyanı təbrik edən Kondoliza Raysın məktubunda deyilir ki, o, birgə fəaliyyət nəticəsində ABŞ və Ermənistan arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə ümid edir: «Bizim Dağlıq Qarabağ münaqiəsinin nizamlanması prinsiplərinin hazırlanması, eləcə də Ermənistanın qonşu ölkələrlə diplomatik və iqtisadi münasibətlərin nizamlanmasına yardımı ilə bağlı işlərimiz çoxdur». (davamı…)
Raysın “dadlı dilli” şantajı May 7, 2008
Posted by nextaz in .::Dünya::., .::Maraqlıdır::., .::Siyasət::., .::Xəbərlər::..Tags: ABŞ, Raysın "dadlı dilli" şantajı
1 comment so far
Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Kondaliza Rays 4 may tarixində İsrail və Fələstinə ziyarətə getdi.Bu görüşün məqsədi İsrail-Fələstin barışmasını təmin etmək və “dəstəkləməkdi.”Bununla əlaqəli olaraq Fələstin dövlətinin baş naziri və İsrailin müdafiə naziri Əhud Barak ilə görüşdü.
Kondaliza Raysın tərəflərə nə dediyi və hansı mesajlar verdiyinin izahı mərkəzi Londonda yerləşən bir qəzetə verdiyi reportajda əks olundu.
Kondaliza Raysın verdiyi reportaj:
“İsrailin Suriya ilə aralarında olan qonşuluq əlaqələrini bərpa etmə məqsədinə heç cür mane ola bilmərik.Əgər hər iki tərəfdə sülh üçün məqsədlidirsə Amerika Birləşmiş Ştatları kömək etməyə hazırdır”deyən Rays davam edir:
Bax bundan sonra Raysın dediyi sözlər onun əsas məqsədnin ortaya qoydu:
“Regiondaki bütün məsələlərin arxasında İran dayanır”
Bu sözlər çox əhəmiyyətə malikdirlər.İndi yenidən başa dönərək Raysın reportajında dilə gətirdiyi “İsrailin Suriya ilə aralarında olan qonşuluq əlaqələrini bərpa etmə məqsədinə heç cür mane ola bilmərik.Əgər hər iki tərəfdə sülh üçün məqsədlidirsə Amerika Birləşmiş Ştatları kömək etməyə hazırdır”ifadəsindən sonrakı çıxışı Suriyaya və dolayı yollarla digər ərəb ölkələrinə İsraillə sülh bağlaya bilərsiniz amma buna İran mane olur mesajını çatdırır.
Düşünürəmki bu səfərdə ABŞ-ın məqsədini başa düşdünüz.
Qəribə Təsadüf Aprel 29, 2008
Posted by memmedovaydin in .::Dünya::., .::Siyasət::., .::Xəbərlər::..Tags: kennedy, lincoln, prezident, tesaduf
add a comment
![]()
Amerika Prezidentləri Lincoln və Kennedy-in oxşar həyatları. Təsadüfün bu qədərini ancaq hekayələrdə oxuyardıq. Amma aşağıda sadalayacaqlarım gerçək həyatda baş vermişdir. Diqqətlə oxuyaq.
Abraham Lincoln Kogresse seçildiyi il 1846
John F.Kennedyinin Kongresse seçildiyi il 1946
Abraham Lincolnun ABŞ prezidenti olduğu il 1860
John F.Kennedyinin ABŞ prezidenti olduğu il 1960
Hər iki prezident cümə günü suiqəsdə qurban getdi (davamı…)
Siyasət haqqında deyilənlər. Aprel 22, 2008
Posted by nextaz in .::Siyasət::., .::Xəbərlər::..Tags: siyaset, Siyaset haqqinda
add a comment
Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir.
Teodor Ruzvelt
O heç nə bilmir, ancaq fikirləşir ki, hər şeyi bilir: onun soyunda siyasətçi olmaq yazılıb.
Bernard Şou
Bütün siyasətçilər hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orda çay yoxdur.
Nikita Xruşov
Böyük siyasət-böyük işlərə tətbiq edilə bilən sağlam düşüncə kimidir.
Napoleon Bonapart
Əksər insanlar partiyaya avamlıqdan girir, utandıqlarından çıxa bilmir. (davamı…)
Azərbaycan Global Information Technology hesabatında «Şəbəkə hazırlığı» cədvəli üzrə 67 yeri tutub Aprel 13, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Siyasət::., .::Xəbərlər::..Tags: Şəbəkə hazırlığı
add a comment





















