jump to navigation

Krizis Notebook-lara təsir etmir Dekabr 20, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., Komputer.
Tags:
add a comment

sony-vaio-cr-notebooks

Netbuk adlandırılan aşağı qiymətli kiçik noutbukların satış bazarında, hətta maliyyə böhranına baxmayaraq yüksək artım müşahidə olunur. DisplaySearch tədqiqat şirkətinin məlumatına görə, 2008-ci ilin üçüncü rübündə dünya netbuk bazarı kəmiyyət baxımdan 5,61 milyon satılmış məhsul səviyyəsinə çatıb. Rüblük artım isə 160% təşkil edib.

Ekspertlərin rəylərinə əsasən mini-noutbuklar bazarının lideri Acer şirkəti və onun Aspire One istehsalat xətti olub. Belə ki, bazarın 38,3% məhz bu şirkətin payına düşür. Acer-dən sonra liderlər sırasında 30,3%-lə Asustek Computer və onun EeePC modeli yer alıb. (davamı…)

Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradılıb Dekabr 6, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::IT::., .::Xəbərlər::., Komputer.
Tags: , , ,
add a comment

Azərbaycanda http://www.terasell.com/ – ilk virtual ticarət mərkəzi yaradılıb. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək ilk internet-məkanıdır. Layihənin məqsədi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) prinsiplərinə uyğun olaraq ölkədə elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir.
Layihənin konsepsiyasına əsasən bütün ticarət şirkətlərinə “Terasell.com” platformasında təmənnasız şəkildə virtual dükanın açılması üçün imkan yaradılacaq. Platforma azərbaycanlı proqramçılar tərəfindən tamamlanıb, və minimal İT-biliklərlə belə lazımi məlumatları internet-dükanlara yükləyib, onları emal etməyə imkan verir. Layihə çərçivəsində Bakı və ətraf rayonları əhatə edən çatdırılma xidməti də təklif olunur. Alış-verişin ödənilməsi həm kredit kart, həm də nağd ödəmə yolu ilə çatdırılmadan sonra həyata keçirilə bilər.
Bundan əlavə, layihə çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə çalışan şirkətlər üçün internet-dükan platformaları işlənib hazırlanacaq.

Personal superkompüter təqdim olunub November 23, 2008

Posted by nextaz in .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , ,
add a comment

Nvidia şirkəti Nvidia Tesla hesablama sistemləri bazasında yığılmış personal superkompüter təqdim edib. Xarici görünüşdən adi sistem blokdan fərqlənməyən yeni kompüterin məhsuldarlığı dörd teraflopsdan (saniyədə trilyon əməliyyat) bir qədər azdır. Onun əsasını hər biri bir qrafik və 240 axın prosessordan ibarət dörd Tesla C1060 sistemi təşkil edir.
Nvidia Tesla bazasında kompüterlərin yığılmasını bir sıra ABŞ, Avropa və Yaponiya şirkətləri həyata keçirir. Bunların arasında Dell, AMAX, Asus, Lenovo kimi istehsalçıları qeyd etmək olar. Yeni personal kompüterin qiyməti isə 9995 ABŞ dolları təşkil edir, Lenta yazır. Qeyd edək ki, bundan əvvəl superkompüterin ucuz variantı Microsoft və Cray şirkətləri tərəfindən təqdim olunmuşdur. Cray CX1 adlanan bu kompüter alıcının istəyindən asılı olaraq Nvidia Tesla ilə təchiz oluna bilər. Cray CX1-in qiyməti 25 mindən 60 min dollaradək təşkil edir.

Amerikalılar ən güclü superkompüter yaradıblar November 13, 2008

Posted by nextaz in .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , ,
add a comment

ABŞ Energetika Nazirliyinin laboratoriyasında yenicə quraşdırılmış Jaguar superkompüterinin maksimal məhsuldarlıq göstəricisi 1,64 petaflop təşkil edir. Xatırladaq ki, bundan əvvəl ən güclü superkompüter IBM şirkətinin 1,026 petaflop göstəricili Roadrunner adlı superkompüteri hesab olunurdu. 45 min ədəd AMD Opteron prosessoru bazasında yığılmış nəhəng qurğu 362 terabayt operativ yaddaş həcmi ilə təchiz olunub.
Alimlər Jaguar-ı, məsələn, iqlimi dəyişikliklərin modelləşdirilməsi üçün istifadə etmək niyyətindədirlər. Həmçinin yeni superkompüter bərpa olunan enerji mənbəyinə dair işlərə yönəldilə bilər. 2009-cu ilin əvvəlinə kimi yoxlama mərhələsində qalacaq Jaguar artıq 1,3 petaflop məhsuldarlıq göstəricisi tələb edən test hesablamaların aparılması üçün istifadə olunub.

Hide IP NG November 12, 2008

Posted by nextaz in .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , ,
add a comment

Hide IP NG internetinin təhlükəsizliyi barədə düşünənlər üçündür desəm yanılmaram.Bu proqram sizin əsl İP ünvanınızı gizləyir.Maraqlıdırsa yükləyə bilərsiniz.

=Yüklə=

Yaponiyyada internet sürəti 1gbps olacaq November 10, 2008

Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , ,
add a comment

INTERNET

Yapon İnternet Provayderi 1 Gbps sürətli internet xidməti göstərməyə hazırlaşır.Yaponiyanın KDDİ şirkəti 56 $(dollar)-a 1 Gbps(Giga Bytes Per Second = Saniyədə 1 Giga Bit) sürətli internet xidməti verməyə hazırlaşır.

Təsəvvür edirsiz bu nə deməkdir? Bir az da aydınlaşdıraq. Hal-hazırda mən Dial Up modemlə internetə bağlanıram. Mənim bilgisayarımın bağlantı sürəti 56 kbps-ə bərabərdir… 1mbps=1000 kbps, 1Gpbs=1000mbps, 1Gbps=1000000Kbps

Ölkə kodlu domen adları ilə bağlı Qaydalar layihəsi müzakirəyə çıxarılır November 8, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: ,
add a comment

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında ölkə kodlu domen adların qeydiyyatı və istifadəsi Qaydaları” layihəsi geniş müzakirələr üçün ictimaiyyətə təqdim olunur. Qaydalar layihəsini buradan yükləmək olar. Həmin məsələ ilə bağlı rəy və təkliflərinizi ici-bp@mincom.gov.az elektron ünvanına göndərə bilərsiniz.

MSN-i vəsiyyət edilə bilərik November 6, 2008

Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , , ,
add a comment

Bloglarınızın, saytlarınızın, materiallarınızın başına nə gələcək?Bir MSN hesabının, şəkillərin, ya da blog yazılarının sahibi olan şəxs həyatla vidalaşdığında, bu şəxsin internetdə dərc etdiyi materiallar nə olacaq? Hadisəyə hüquqi baxımdan yanaşıldıqda problemin cavabı əslində çox sadə olduğu görünür. “OUT-LAW.com” saytında redaktor olaraq işləyən Struan Robertsona görə, ölən adam sahib olduğu bütün materialları öldüyü zaman başqa birisinə miras buraxa bilər. Robertsonun bu mövzudakı düşüncəsi isə belədir: “Əgər istəsəm, ölümümdən əvvəl internetdə mövcud olan fotoşəkillərimi və ya başqa materialları tanıdığım bir tanışıma verə bilərəm. Bunu etmədiyim təqdirdə 70 il boyunca bu materiallar internetdə yayımlanacaq və 70 ildən sonra dərhal yayımını dayandıracaq.”
Ölümdən sonra veb saytların domenlərinin vəziyyəti barədə bir az fərqli danışmaq olar. Bir domen aldıqda, bu domen istifadəsi 2 illik müddəti əhatə edir. Domenin istifadə müddəti bitdikdən sonra domenin istifadə hüquqları sizin əlinizdən alınır.

Bloq sistemində vəziyyət isə fərqlidir. Məsələn WordPress.com, hər hansı bir bloq hesabı passiv vəziyyətdə olsa belə, bu hesabı bağlamır, bloq hər zaman açıq qalır…
Bu mövzuya geniş yer ayıran məhşur “Forbes” jurnalına görə, əgər istifadəçilər öldükdən sonra hesablarıyla əlaqədar planları varsa, bu vəziyyətdə istifadəçilərin istifadəçi adı və şifrələri kimi gizli məlumatları güvəndikləri adamlara verməyi təklif edir.

Dizayn və sayt November 4, 2008

Posted by nextaz in .::IT::., .::Xəbərlər::., Komputer.
Tags:
add a comment

İnternet səhifəsini(saytını) rəqiblərdən fərqləndirərkən , müştərinin qarşılaşdığı ilk nüans səhifənin dizaynıdır. Məhz səhifəsinin(saytının) dizayn keyfiyyəti, üslub orijinallığı şirkətin səviyyəsindən xəbər verir. Dizaynın tərtibat səviyyəsi və keyfiyyəti həm də şirkətinizi dəqiq mövqeləndirərək Sizin müştərilərə olan hörmətinizi nümayiş etdirir. Bu, peşəkarlığınızın və əvəzolunmazlığınızın daha bir sübutudur, çünki vacib informasiya axtarışında istifadəçilər rəqiblərinizin də səhifəsinə(saytına) mütləq müraciət edəcək, bu zaman şirkətinizin sözün yaxşı mənasında fərqinizi duyacaqlar.
İnternet səhifəsinin(saytın) dizaynı – səhifədə(saytda) təqdim edilmiş məlumatların görüntüsünü və bölmələr üzrə naviqasiyanı asanlaşdıran qrafik konsepsiyadır. Buna görə də saytı informativ etməkdən əlavə qeyri-adi, yaddaqalan, cəlbedici dizaynla təchiz etmək çox vacib, hətta zəruridir.

İnternet sayt dizaynı yaradarkən aşağıdakı məsləhətlərdən yararlanmaq yaxşı olardı:

səhifənin dizaynı izafi elementlərlə “yüklənməməli”, yorucu və bezdirici olmamalı, ziyarətçinin istədiyi informasiya almasına maneə törətməməlidir;
dizayn yaddaqalan və cəlbedici olmaqla ziyarətçini tezliklə yenidən səhifəyə(sayta) keçid almağa sövq etməlidir;
səhifənin(saytın) dizaynında naviqasiya sisteminin rahatlığına xüsusi diqqət yetirilməlidir, çünki naviqasiya rahatlığı ziyarətçinin gözündə resursun dəyərinin birə-min artmasına şərtdir.

Beləliklə, veb dizayn – istifadə rahatlığı və şirkətinizin imici və fəaliyyətinə assotiativ uyğunluğu əks etdirən orijinal vizual həlldir. Dizaynın hazırlanması zamanı müştərinin korporativ üslubunun qoyduğu bütün tələblərə əməl olunması vacib şərtlərdəndir. ümumiyyətlə isə qeyd etməliyik ki, hər bir ziyarətçi səhifənin(saytın) dizaynını qiymətləndirərkən öz şəxsi zövqünə və təcrübəsinə əsaslanır. Bu səbəbdən də biz o dizaynı uğurlu hesab edirik ki, o aid olduğu səhifənin(saytın) xarakterini açır, ziyarətçinin nəzərinə həddən artıq çarpmayaraq yadında rahat qalır və onun diqqətini şirkətinizin marağında olan xüsusi məqamlara yönəldir.

Nəzərinizə çatdırımki bizdə təşkilat,şirkət və başqa sahələr üçün tanıtım saytlarının yaradılması ilə məşğul oluruq.Sərfəlilik və keyfiyyət bir arada

XAKERLƏR November 3, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , , ,
add a comment

Xakerlər kimlərdir? Xakerlik necə yaranıb?
İndi xaker sözünün və bu tipdən törəyən hər bir anlamın mənasını bizlərin hər biri bilir. Amma gəlin görək dünyada ilk xakerin kim olduğunu, dünyada ilk xakerlik faktının nə vaxt baş verdiyini,dünyada ən məşhur xakerlik faktlarının hansı lar olduğunu bilirsinizmi?! İndi siz onların hamısını biləcəksiniz.Dediyim faktlar dünya kiber mütəxəsisləri tərəfindən yekdilliklə təsdiqlənmişdir.1960 – Xakerliyin yaranması

İlk kompüter xakerləri Massaçuset Texnoloji İnstitutunda (MİT) baş veribdir.Xakerlik ” hack” sözündən götürülübdür.Həmin sözün mənası isə doğramaq, oğurluq etmək, icazəsiz iş görmək və s. kimi mənalar kəsb edir.Həmin “hack” sözü dəmiryol işçilərinin və elektropozdla məşğul olanların dilindən götürülmüşdür.Dəmir yolçularında, xüsusiylə də ABŞ dəmiryollarında sürətli işin əldə
edilməsində bu söz istifadə olunurdu.Bəzi qrup insanlar hansılar ki, hər şeylə maraqlanan insanlardır ,
cəhd göstərirlər ki, kompüterlərdə öz ağıllarına uyğun olaraq yeniliklər və dəyişikliklər etsinlər.Özlərinin yazmış olduğu proqramlarla hər bir kompüter mütəxəsisinin diqqətini cəlb edirlər.
1970 – Telefon Frikerləri və Cap’n Crunch
Frikerlər yerli və beynəlxalq telefon şəbəkələrini (setlərini)qıraraq(virtual yolla), pulsuz danışıq əldə edirlər.”Frikerlərin atası” Vyetnam – ABŞ müharibəsinin iştirakçısı olmuş Con Dreyperdir.Con Dreyper frikerlik al əmində Cap’n Crunch ləqəbiylə məşhurdur.Günlərin birində Con Dreyper Cap’n Crunch adlı bir məkanda qutuda fit – suvenir tapır, hansı ki, bu saatda 2600 hers (fizikada: rəqs tezliyi ölçü vahidi) səs yayır və AT və T kimi telefon şəbəkələrində elektrik siqnalları ilə üst-üstə düşürdü.O, ilk mavi qutunu ( BLUE BOX ) fitin içind ə yerlıəşdirir, hansı ki,telefonun mikrofonundakı fıştırıq pulsuz danışıq üçün şərait yaradırdı.Amma tezliklə Esquire jurnalı ” Mavi qutunun kiçik sirrl əri” adlı məqalə dərc edir.Həmin məqalədə onun quruluşu və istifadəsi göstərilmişdi.Bu cür qanunsuz işd ən daha çox ABŞ-ın dələduzları istifadə edirdilər.”Mavi qutuların” ev şəraitində istehsalına və onların satışında kollecdəki tələbə dostlar – Stiv Voznyak və Stiv Cobs məşğul idilər.Hansı ki, bu iki məşhur şəxs sonralar Alma kompüterlərin (Apple Computer) əsasını qoyanlardan biri idilər.
1980 – Xakerliyin məlumat lövhəsi və xakerlərin cəmiyyəti

(davamı…)