Qoşqar Hərbi Xidmətə Yollanır Yanvar 15, 2009
Posted by memmedovaydin in .::Gənclik::., .::IT::..Tags: Esker, NextAz, Qoki, Qoşu
add a comment
Blogumuzun adminlərindən olan Qoşqar sabah yəni 16 Yanvar hərbi xidmətə yollanır.Bu şərəfli vəzifəni layiqincə yerinə yetirib,vətənini qoruyaraq sağ-salamat geri dönsün. Bu gün Qoşqarseverler onunla görüşə gəlmişdilər
WaP.NeXtAz.biz Dekabr 31, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Din::., .::Elm::., .::Gənclik::., .::IT::., .::Lətifə::., .::Maraqlıdır::., .::Mobile::., .::Xəbərlər::., .::Əyləncə::..Tags: WaP.NeXtAz.biz
add a comment

Atrıq wap.nextaz.biz saytı istifadəyə verildi.Hələki sayt tam hazır deyil.Amma yaxın vaxtlarda tam fəaliyyətə başlayacaq.
Krizis Notebook-lara təsir etmir Dekabr 20, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., Komputer.Tags: Krizis Notebook-lara təsir etmir
add a comment

Netbuk adlandırılan aşağı qiymətli kiçik noutbukların satış bazarında, hətta maliyyə böhranına baxmayaraq yüksək artım müşahidə olunur. DisplaySearch tədqiqat şirkətinin məlumatına görə, 2008-ci ilin üçüncü rübündə dünya netbuk bazarı kəmiyyət baxımdan 5,61 milyon satılmış məhsul səviyyəsinə çatıb. Rüblük artım isə 160% təşkil edib.
Ekspertlərin rəylərinə əsasən mini-noutbuklar bazarının lideri Acer şirkəti və onun Aspire One istehsalat xətti olub. Belə ki, bazarın 38,3% məhz bu şirkətin payına düşür. Acer-dən sonra liderlər sırasında 30,3%-lə Asustek Computer və onun EeePC modeli yer alıb. (davamı…)
Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradılıb Dekabr 6, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::IT::., .::Xəbərlər::., Komputer.Tags: Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradılı, NextAz, Ticarət, Virtual
add a comment

Azərbaycanda http://www.terasell.com/ – ilk virtual ticarət mərkəzi yaradılıb. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək ilk internet-məkanıdır. Layihənin məqsədi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) prinsiplərinə uyğun olaraq ölkədə elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir.
Layihənin konsepsiyasına əsasən bütün ticarət şirkətlərinə “Terasell.com” platformasında təmənnasız şəkildə virtual dükanın açılması üçün imkan yaradılacaq. Platforma azərbaycanlı proqramçılar tərəfindən tamamlanıb, və minimal İT-biliklərlə belə lazımi məlumatları internet-dükanlara yükləyib, onları emal etməyə imkan verir. Layihə çərçivəsində Bakı və ətraf rayonları əhatə edən çatdırılma xidməti də təklif olunur. Alış-verişin ödənilməsi həm kredit kart, həm də nağd ödəmə yolu ilə çatdırılmadan sonra həyata keçirilə bilər.
Bundan əlavə, layihə çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə çalışan şirkətlər üçün internet-dükan platformaları işlənib hazırlanacaq.
Personal superkompüter təqdim olunub November 23, 2008
Posted by nextaz in .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.Tags: Komputer, NextAz, Personal superkompüter təqdim olunub
add a comment

Nvidia şirkəti Nvidia Tesla hesablama sistemləri bazasında yığılmış personal superkompüter təqdim edib. Xarici görünüşdən adi sistem blokdan fərqlənməyən yeni kompüterin məhsuldarlığı dörd teraflopsdan (saniyədə trilyon əməliyyat) bir qədər azdır. Onun əsasını hər biri bir qrafik və 240 axın prosessordan ibarət dörd Tesla C1060 sistemi təşkil edir.
Nvidia Tesla bazasında kompüterlərin yığılmasını bir sıra ABŞ, Avropa və Yaponiya şirkətləri həyata keçirir. Bunların arasında Dell, AMAX, Asus, Lenovo kimi istehsalçıları qeyd etmək olar. Yeni personal kompüterin qiyməti isə 9995 ABŞ dolları təşkil edir, Lenta yazır. Qeyd edək ki, bundan əvvəl superkompüterin ucuz variantı Microsoft və Cray şirkətləri tərəfindən təqdim olunmuşdur. Cray CX1 adlanan bu kompüter alıcının istəyindən asılı olaraq Nvidia Tesla ilə təchiz oluna bilər. Cray CX1-in qiyməti 25 mindən 60 min dollaradək təşkil edir.
Amerikalılar ən güclü superkompüter yaradıblar November 13, 2008
Posted by nextaz in .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.Tags: NextAz, Amerikalılar ən güclü superkompüter yaradıblar, Super Computers
add a comment

ABŞ Energetika Nazirliyinin laboratoriyasında yenicə quraşdırılmış Jaguar superkompüterinin maksimal məhsuldarlıq göstəricisi 1,64 petaflop təşkil edir. Xatırladaq ki, bundan əvvəl ən güclü superkompüter IBM şirkətinin 1,026 petaflop göstəricili Roadrunner adlı superkompüteri hesab olunurdu. 45 min ədəd AMD Opteron prosessoru bazasında yığılmış nəhəng qurğu 362 terabayt operativ yaddaş həcmi ilə təchiz olunub.
Alimlər Jaguar-ı, məsələn, iqlimi dəyişikliklərin modelləşdirilməsi üçün istifadə etmək niyyətindədirlər. Həmçinin yeni superkompüter bərpa olunan enerji mənbəyinə dair işlərə yönəldilə bilər. 2009-cu ilin əvvəlinə kimi yoxlama mərhələsində qalacaq Jaguar artıq 1,3 petaflop məhsuldarlıq göstəricisi tələb edən test hesablamaların aparılması üçün istifadə olunub.
Yaponiyyada internet sürəti 1gbps olacaq November 10, 2008
Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.Tags: internet, NextAz, Yaponiyyada internet sürəti 1gbps olacaq
add a comment
INTERNET
Yapon İnternet Provayderi 1 Gbps sürətli internet xidməti göstərməyə hazırlaşır.Yaponiyanın KDDİ şirkəti 56 $(dollar)-a 1 Gbps(Giga Bytes Per Second = Saniyədə 1 Giga Bit) sürətli internet xidməti verməyə hazırlaşır.
Təsəvvür edirsiz bu nə deməkdir? Bir az da aydınlaşdıraq. Hal-hazırda mən Dial Up modemlə internetə bağlanıram. Mənim bilgisayarımın bağlantı sürəti 56 kbps-ə bərabərdir… 1mbps=1000 kbps, 1Gpbs=1000mbps, 1Gbps=1000000Kbps
Ölkə kodlu domen adları ilə bağlı Qaydalar layihəsi müzakirəyə çıxarılır November 8, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.Tags: Ölkə kodlu domen adları ilə bağlı Qaydalar layih, Domain names
add a comment

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında ölkə kodlu domen adların qeydiyyatı və istifadəsi Qaydaları” layihəsi geniş müzakirələr üçün ictimaiyyətə təqdim olunur. Qaydalar layihəsini buradan yükləmək olar. Həmin məsələ ilə bağlı rəy və təkliflərinizi ici-bp@mincom.gov.az elektron ünvanına göndərə bilərsiniz.
MSN-i vəsiyyət edilə bilərik November 6, 2008
Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.Tags: NextAz, MSN, MSN-i vəsiyyət edilə bilərik, Wordpress.com
add a comment

Bloglarınızın, saytlarınızın, materiallarınızın başına nə gələcək?Bir MSN hesabının, şəkillərin, ya da blog yazılarının sahibi olan şəxs həyatla vidalaşdığında, bu şəxsin internetdə dərc etdiyi materiallar nə olacaq? Hadisəyə hüquqi baxımdan yanaşıldıqda problemin cavabı əslində çox sadə olduğu görünür. “OUT-LAW.com” saytında redaktor olaraq işləyən Struan Robertsona görə, ölən adam sahib olduğu bütün materialları öldüyü zaman başqa birisinə miras buraxa bilər. Robertsonun bu mövzudakı düşüncəsi isə belədir: “Əgər istəsəm, ölümümdən əvvəl internetdə mövcud olan fotoşəkillərimi və ya başqa materialları tanıdığım bir tanışıma verə bilərəm. Bunu etmədiyim təqdirdə 70 il boyunca bu materiallar internetdə yayımlanacaq və 70 ildən sonra dərhal yayımını dayandıracaq.”
Ölümdən sonra veb saytların domenlərinin vəziyyəti barədə bir az fərqli danışmaq olar. Bir domen aldıqda, bu domen istifadəsi 2 illik müddəti əhatə edir. Domenin istifadə müddəti bitdikdən sonra domenin istifadə hüquqları sizin əlinizdən alınır.
Bloq sistemində vəziyyət isə fərqlidir. Məsələn WordPress.com, hər hansı bir bloq hesabı passiv vəziyyətdə olsa belə, bu hesabı bağlamır, bloq hər zaman açıq qalır…
Bu mövzuya geniş yer ayıran məhşur “Forbes” jurnalına görə, əgər istifadəçilər öldükdən sonra hesablarıyla əlaqədar planları varsa, bu vəziyyətdə istifadəçilərin istifadəçi adı və şifrələri kimi gizli məlumatları güvəndikləri adamlara verməyi təklif edir.




















