Qoşqar Hərbi Xidmətə Yollanır Yanvar 15, 2009
Posted by memmedovaydin in .::Gənclik::., .::IT::..Tags: Esker, NextAz, Qoki, Qoşu
add a comment
Blogumuzun adminlərindən olan Qoşqar sabah yəni 16 Yanvar hərbi xidmətə yollanır.Bu şərəfli vəzifəni layiqincə yerinə yetirib,vətənini qoruyaraq sağ-salamat geri dönsün. Bu gün Qoşqarseverler onunla görüşə gəlmişdilər
WaP.NeXtAz.biz Dekabr 31, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Din::., .::Elm::., .::Gənclik::., .::IT::., .::Lətifə::., .::Maraqlıdır::., .::Mobile::., .::Xəbərlər::., .::Əyləncə::..Tags: WaP.NeXtAz.biz
add a comment

Atrıq wap.nextaz.biz saytı istifadəyə verildi.Hələki sayt tam hazır deyil.Amma yaxın vaxtlarda tam fəaliyyətə başlayacaq.
Hamann BMW X5-i təqdim edir November 18, 2008
Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Gənclik::., .::Xəbərlər::., .::Əyləncə::..Tags: BMW X5, Hamann BMW X5-i təqdim edir, X5
add a comment

Yolları çoxlu avtomobillər bürüyüb, amma onların arasında cəmi bir lider var. O, bir an içərisində əvvəlki liderin yerini tutub və getdikcə mövqeyini daha da gücləndirməkdədir. Onun bir çox rəqibləri olsa da, hələlik ona layiqli əvəz tapmaq çətindir. 4,8 litr həcmli mühərriki olan BMW X5 şəksiz üstünlüklərə malik olsa da, sayıqlığını itirməməlidir, çünki rəqibləri dərhal onu haqlaya və ötə bilərlər. Məhz buna görə BMW konserni avtomobilin tam komplektasiya və texniki yeniliklərlə təchiz olunması üçün Hamann atelyesindən olan təchizatçılara müraciət edib. Özü də yeniliklər təkcə lider modelə deyil, onun iki “soydaşına” da şamil olunacaq. İndi X5, həqiqətən, yollarda tam təhlükəsizliyi təmin edəcək. Alman ustalar öz arzu və fantaziyalarını gerçəkliyə çevirmək üçün bacardıqlarını ediblər.X5-in hədsiz gücünü və unikallığını hiss etmək üçün ona ani nəzər salmaq kifayətdir. O, kifayət qədər mürəkkəb konstruksiyalı yeni bamper əldə edib. Havaçəkənlər və müxtəlif dalğavarı cizgilər isə ona daha sanballı görkəm verib. İndi X5 öz rəqibini nəinki haqlamağa, həm də xarici görkəmi ilə vahiməyə salmağa qadirdir. Rəqibinin isə, sadəcə, vahimə ilə bu nəhəngi seyr edərək onun yolundan çəkilməkdən başqa çarəsi qalmayacaq. Yuxarıda qeyd edilən hissə və detallarla yanaşı, X5 həmçinin xüsusi sifariş əsasında hazırlanmış “Black Line” adlı 22 düymlük disklər əldə edib. Şinlərin ölçüsü 295/30-dur.
Biksenon işığı ilə göz vuraraq və öz “qurbanını” (yəni rəqibini) səkiyə sıxışdıraraq BMW əla arxa spoyleri ilə havanı yararaq uğultu ilə irəli şütüyür, rəqibinə isə yalnız onun uzaqlaşan siluetinə mat-mat baxmaq qalır. Bamperin aşağı hissəsi diqqəti cəlb edir. Burada irəliyə çıxmış dörd zolağı görmək olar. Bu, necə deyərlər, Bavariya istehsalçısının səciyyəvi cizgisidir. Yan tərəflərdə simmetrik şəkildə yerləşmiş səsboğucu sistemin boruları eleqant görkəmi ilə seçilir. Onların nəriltisi istənilən anda ətrafa yayıla bilər. (davamı…)
Psixoloji məqam November 2, 2008
Posted by nextaz in .::Avto::., .::Gənclik::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: Avtomobil, Psixoloji məqam
add a comment

Qadınların avtomobil idarə etməsi ilə bağlı fikirlər müxtəlifdir. Hərə bu mövzuya öz baxış bucağından yanaşır. Bəziləri üçün bu, problem, digərləri üçün isə artıq keçilmiş yoldur. Fikirlər belə fərqli olduğu üçün bu sahədə bir çox mübahisəli məqamlar yaranır.Bu dəfə ortaya çıxan bəzi sualları cavablandırmaq üçün biz psixoloq köməyinə ehtiyac duyduq. Problemlərə bir də psixoloji tərəfdən yanaşmaq istədik. Buna görə indiyə qədər ən çox danışılan, müsahiblərimizin daha çox şikayət etdiyi məsələlərlə bağlı psixoloq Elmir Əkbərlə söhbət etdik.
- İlk sualım qadınlar və kişilər arasında mübahisələrin başlanğıcı olan məsələ ilə bağlıdır. Kim avtomobilə daha çox önəm verir? Bir qadın üçün və bir kişi üçün avtomobil nədir?
- Burda belə bir psixoloji amil var: kişi üçün avtomobil özünü reallaşdırma vasitəsidir. Belə ki, kişi qarşısına bir neçə məqsəd qoyur: “Evim olsun, işim olsun, avtomobilim olsun və evlənim”. Ancaq bu mərhələləri keçəndən sonra o özünü tam ifadə edir, bir insan kimi təsdiq edir. Avtomobil kişinin ayrılmaz bir hissəsinə çevrilir. Ancaq çox nadir hallarda rast gəlinir ki, xanımların belə məqsədləri olsun. Çox maraqlı məqamdır ki, qadınlar üçün avtomobil daha çox praktik vasitə olduğu üçün önəm daşıyır. Qadın avtomobildən işlərini tez və rahat həll etmək üçün istifadə edir. Bəzi qadınlar isə kişilərlə eyni hüquqlara malik olduqlarını, öz üstünlüklərini göstərmək üçün avtomobil sürürlər.
- Nəyə görə xanımlara bir sürücü kimi güvənmirlər? Xüsusilə bizim xanımlar bundan şikayətlənirlər. (davamı…)
700 at gücünə malik Kicherer RS6 universalı Oktyabr 29, 2008
Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Gənclik::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: .::Avto::., 700 at gücünə malik Kicherer RS6 universalı, Audi
add a comment

İndi gücləndirilmiş universalların sayı yağışdan sonra göbələklər kimi artır. ABT və bir çox digər tüninq atelyelərinin ardınca Kicherer şirkəti də öz bacarığını nümayiş etdirərək Audi RS6 Avant tipli universalları təkmilləşdirib.
Tüninqə uğramış yeni avtomobili yuxarıda adı çəkilən ABT şirkətinin “əl gəzdirdiyi” RS6 ilə müqayisə etsək, görərik ki, fərq yalnız xarici görünüşdədir. Burada da kapotun altında gücü 700 at gücünədək artırılmış 5,0 litr həcmli biturbinli TFSI aqreqatı “gizlənir”.
Bu mühərrikin 100 km/saat sürət yığmasına cəmi 4,3 saniyə tələb olunur, avtomobilin maksimal sürəti isə 280 km/saat təşkil edir.
Dinamikaya gəldikdə, 700 at gücünə malik mühərriklə yanaşı, yeni universalın imkanlarının artırılmasına modernləşdirilmiş asqı (klirens 25 millimetr azaldılıb), olduqca möhkəm əyləclər, karbon-staylinq elementli idmansayağı bodi-kit və əlbəttə ki, 22 düymlük beşmilli təkər diskləri öz töhfələrini veriblər.
Flash oyunlar Oktyabr 27, 2008
Posted by nextaz in .::Gənclik::., .::Maraqlıdır::., .::Əyləncə::., Komputer.Tags: Flash games, Flash oyunlar, Flash oyunlar - hər zövqə (arkadalar, FPS, və s.), yarışlar
add a comment

Flash oyunlar – hər zövqə (arkadalar, yarışlar, FPS,və s.)
=Yüklə=
RealTek firmasının High Definition Audio üçün yeni kodeklərini təqdim edirik Oktyabr 27, 2008
Posted by nextaz in .::Gənclik::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., .::Əyləncə::., Komputer.Tags: Audio, RealTek firmasının High Definition Audio üçün yeni
add a comment

RealTek firmasının High Definition Audio üçün yeni kodeklərini təqdim edirik. ( ALC-880, ALC-882, ALC-260, ALC-861 kodekləri) Windows 2000/XP üçün. [24 mb]
7 maddəlik ilk “oğru qanunları” Bakıda hazırlanıb-Kriminal dünyanın ilk normativ sənədinin müəllifi bakılı avtoritet Ağakərim olub Oktyabr 23, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Gənclik::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: 7 maddəlik ilk “oğru qanunları” Bakıda hazırla, Avtoritet, NextAz
3 comments
Kriminal dünyanın ilk normativ sənədinin müəllifi bakılı avtoritet Ağakərim olubBu günlərdə Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “kriminal avtoritet” Yunus Nəzərovun məhbus yoldaşı tərəfindən baltalanması barədə xəbər yayıldı. Bu xəbər, bütün cəmiyyətlərin həmişə maraq obyekti olmuş “avtoritet” mövzusunu yenidən yada saldı. Məlum olur ki, ölkədə istər cəzaçəkmə müəssisələrində, istərsə də azadlıqda onlar hələ də mövcuddur və cəmiyyətin tabe olduğu ümumi, sivil qanunlarla yox, özlərinin yaratdığı “oğru qanunları” ilə yaşayırlar.
Məhkum Y.Nəzərov məhbəsdə öz qanunları ilə yaşayıb və digər məhbusları da bu cür yaşamağa məcbur edirmiş. Hətta qaranlıq dünyanın yazılmamış qanunlarına tabe olmayan digər məhbus yoldaşlarını döyürmüş. Bunun sonu da cinayətlə bitib. Nəzərovun “qanun”larına tabe olmaqdan imtina edən digər məhbus onu yatdığı yerdə baltalayıb. Oğru aləmində bu əməlin özü də birmənalı qəbul edilmir, lakin avtoritet hakimliyinə qarşı çaxan və avtoriteti öldürməyə qəsd edən həmin məhbusun özünün də gələcəkdə avtoritetlərin sırasına qoşulacağı istisna deyil.
“Qanuni oğrular”: cazibənin gücü
Bu mövzu, ortaya çıxdığı vaxtlardan bəri bütün zamanların ən maraqlı mövzuları sırasında olub. Təkcə Lent.az-da yayılan bu xəbərin oxunma göstəricisinə diqqət yetirsək, nə qədər haqlı olduğumuz bir daha görünər. Hələ bir neçə il əvvəl “Sabirabadlı Hikmət” kimi tanınan kriminal avtoritet Hikmət Muxtarovun ölüm və dəfn hadisələrini yada salmalı oluruq: bu hadisə o vaxt üçün aktual olan siyasi və sosial problemlərdən daha çox diddət çəkmışdi. Hikmət Muxtarovun qətli barədə xəbərdən sonra onun doğulduğu Sabirabad rayonunda toylar təxirə salındı, insanlar yasa büründü. Avtoritetin nəşi hətta Milli Məclisin üzvünün də iştirak etdiyi böyük bir izdihamla qarşılandı və dəfn edildi. (davamı…)
Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ Oktyabr 11, 2008
Posted by nextaz in .::Dünya::., .::Gənclik::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., .::Əyləncə::., Komputer.Tags: Dünyada mobil telefon istifadəçilərinin sayı 4 mil, NextAz
add a comment

Cari ildə dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bəyanatında deyilir. Bu sahə olduqca sürətlə inkişaf edir.
2000-ci ildən etibarən yeni mobil telefonların alınmasının artım tempi hər il 25% təşkil edir. Hələ 2000-ci ildə mobil telefonlardan dünya əhalisinin cəmi 12% istifadə edirdi. BTİ-nin proqnozlarına əsasən 2008-ci ilin sonuna kimi isə bu göstərici 61% təşkil edəcək, RİA Novosti yazır. Qeyd edək ki, Azərbaycanda 2008-ci ilin birinci yarımilliyinə dair statistik məlumatlara əsasən mobil rabitə abunəçilərinin sayı təqribən 57% təşkil edir.
RİTN üçnişanlı domenlər istifadəyə verməyi planlaşdırır Oktyabr 4, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Gənclik::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., .::Əyləncə::., Komputer.Tags: domains, RİTN üçnişanlı domenlər istifadəyə verməyi pla
add a comment
«Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkənin bölgə saytları üçün üçnişanlı domenlər istifadəyə verməyi planlaşdırır», – deyə cümə axşamı rabitə nazirinin müavini Elmir Vəlizadə bildirib.
«Belə bir qərar İnternetin inkişafı üzrə Koordinasiya Şurasının ötən həftə keçirilən iclasında qəbul olunub», – deyə həm də bu Şuranın sədri olan E.Vəlizadə bildirib. Nazir müavini işlərin konkret başa çatması müddətini açıqlamayıb və qeyd edib ki, bu, yaxın vaxtlarda mümkün olacaq. Bu gün ölkədə 7 min Azərbaycan domeni qeydiyyatdan keçib.
RİTN-dən verilən məlumata görə, üçnişanlı domenlərinin tətbiqinə başlanacağı təqdirdə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təsdiq olunan bu və ya digər regionun abbreviaturaları istifadə olunacaq. www.trend.az




















