jump to navigation

Dünyanın ən xoşbəxt ölkələri – 2008 Fevral 21, 2009

Posted by memmedovaydin in .::Dünya::..
Tags: ,
add a comment
ABŞ-ın «World Value Survey» (WVS) fondunun apardığı «Dünyanın ən xoşbəxt ölkələri – 2008» sosial tədqiqatın nəticələri açıqlanıb.

(davamı…)

Krizis Notebook-lara təsir etmir Dekabr 20, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., Komputer.
Tags:
add a comment

sony-vaio-cr-notebooks

Netbuk adlandırılan aşağı qiymətli kiçik noutbukların satış bazarında, hətta maliyyə böhranına baxmayaraq yüksək artım müşahidə olunur. DisplaySearch tədqiqat şirkətinin məlumatına görə, 2008-ci ilin üçüncü rübündə dünya netbuk bazarı kəmiyyət baxımdan 5,61 milyon satılmış məhsul səviyyəsinə çatıb. Rüblük artım isə 160% təşkil edib.

Ekspertlərin rəylərinə əsasən mini-noutbuklar bazarının lideri Acer şirkəti və onun Aspire One istehsalat xətti olub. Belə ki, bazarın 38,3% məhz bu şirkətin payına düşür. Acer-dən sonra liderlər sırasında 30,3%-lə Asustek Computer və onun EeePC modeli yer alıb. (davamı…)

Hamann BMW X5-i təqdim edir November 18, 2008

Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Gənclik::., .::Xəbərlər::., .::Əyləncə::..
Tags: , ,
add a comment

Yolları çoxlu avtomobillər bürüyüb, amma onların arasında cəmi bir lider var. O, bir an içərisində əvvəlki liderin yerini tutub və getdikcə mövqeyini daha da gücləndirməkdədir. Onun bir çox rəqibləri olsa da, hələlik ona layiqli əvəz tapmaq çətindir. 4,8 litr həcmli mühərriki olan BMW X5 şəksiz üstünlüklərə malik olsa da, sayıqlığını itirməməlidir, çünki rəqibləri dərhal onu haqlaya və ötə bilərlər. Məhz buna görə BMW konserni avtomobilin tam komplektasiya və texniki yeniliklərlə təchiz olunması üçün Hamann atelyesindən olan təchizatçılara müraciət edib. Özü də yeniliklər təkcə lider modelə deyil, onun iki “soydaşına” da şamil olunacaq. İndi X5, həqiqətən, yollarda tam təhlükəsizliyi təmin edəcək. Alman ustalar öz arzu və fantaziyalarını gerçəkliyə çevirmək üçün bacardıqlarını ediblər.X5-in hədsiz gücünü və unikallığını hiss etmək üçün ona ani nəzər salmaq kifayətdir. O, kifayət qədər mürəkkəb konstruksiyalı yeni bamper əldə edib. Havaçəkənlər və müxtəlif dalğavarı cizgilər isə ona daha sanballı görkəm verib. İndi X5 öz rəqibini nəinki haqlamağa, həm də xarici görkəmi ilə vahiməyə salmağa qadirdir. Rəqibinin isə, sadəcə, vahimə ilə bu nəhəngi seyr edərək onun yolundan çəkilməkdən başqa çarəsi qalmayacaq. Yuxarıda qeyd edilən hissə və detallarla yanaşı, X5 həmçinin xüsusi sifariş əsasında hazırlanmış “Black Line” adlı 22 düymlük disklər əldə edib. Şinlərin ölçüsü 295/30-dur.

Biksenon işığı ilə göz vuraraq və öz “qurbanını” (yəni rəqibini) səkiyə sıxışdıraraq BMW əla arxa spoyleri ilə havanı yararaq uğultu ilə irəli şütüyür, rəqibinə isə yalnız onun uzaqlaşan siluetinə mat-mat baxmaq qalır. Bamperin aşağı hissəsi diqqəti cəlb edir. Burada irəliyə çıxmış dörd zolağı görmək olar. Bu, necə deyərlər, Bavariya istehsalçısının səciyyəvi cizgisidir. Yan tərəflərdə simmetrik şəkildə yerləşmiş səsboğucu sistemin boruları eleqant görkəmi ilə seçilir. Onların nəriltisi istənilən anda ətrafa yayıla bilər. (davamı…)

Yaponiyyada internet sürəti 1gbps olacaq November 10, 2008

Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , ,
add a comment

INTERNET

Yapon İnternet Provayderi 1 Gbps sürətli internet xidməti göstərməyə hazırlaşır.Yaponiyanın KDDİ şirkəti 56 $(dollar)-a 1 Gbps(Giga Bytes Per Second = Saniyədə 1 Giga Bit) sürətli internet xidməti verməyə hazırlaşır.

Təsəvvür edirsiz bu nə deməkdir? Bir az da aydınlaşdıraq. Hal-hazırda mən Dial Up modemlə internetə bağlanıram. Mənim bilgisayarımın bağlantı sürəti 56 kbps-ə bərabərdir… 1mbps=1000 kbps, 1Gpbs=1000mbps, 1Gbps=1000000Kbps

Ölkə kodlu domen adları ilə bağlı Qaydalar layihəsi müzakirəyə çıxarılır November 8, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: ,
add a comment

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında ölkə kodlu domen adların qeydiyyatı və istifadəsi Qaydaları” layihəsi geniş müzakirələr üçün ictimaiyyətə təqdim olunur. Qaydalar layihəsini buradan yükləmək olar. Həmin məsələ ilə bağlı rəy və təkliflərinizi ici-bp@mincom.gov.az elektron ünvanına göndərə bilərsiniz.

Benzin erası bitir November 6, 2008

Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Maraqlıdır::., .::Xəbərlər::..
Tags: , , ,
add a comment

mini-clubman-jcw-2008

BMW elektriklə işləyən avtomobil təqdim edirBMW avtomobil qrupu tərəfindən satın alınandan bəri hər yeni modeliylə könülləri fəth edən MİNİ-nin yeni modeli də könülləri oxşadı. MİNİ E adlanan yeni model lityum-iyon batareya ilə işləyən mühərrikə sahibdir və tamamilə elektriklə işləyir. Yeni model noyabrda keçirilməsi planlaşdırılan “Los Angeles Avto Show” sərgisində təqdim ediləcək..
MİNİ E şəhərdaxili istifadə üçün nəzərdə tutulub.

2009-cu ildə 500 ədəd istehsal ediləcək maşının mühərikinin gücü 204 at gücünə bərabərdir. 1465 kq ağırlığında olan avtomobil 100 kilometr/saat sürəti 8.5 saniyədə yığa bilir.
Hələlik maşının satış qiyməti bəlli deyil.

MSN-i vəsiyyət edilə bilərik November 6, 2008

Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , , ,
add a comment

Bloglarınızın, saytlarınızın, materiallarınızın başına nə gələcək?Bir MSN hesabının, şəkillərin, ya da blog yazılarının sahibi olan şəxs həyatla vidalaşdığında, bu şəxsin internetdə dərc etdiyi materiallar nə olacaq? Hadisəyə hüquqi baxımdan yanaşıldıqda problemin cavabı əslində çox sadə olduğu görünür. “OUT-LAW.com” saytında redaktor olaraq işləyən Struan Robertsona görə, ölən adam sahib olduğu bütün materialları öldüyü zaman başqa birisinə miras buraxa bilər. Robertsonun bu mövzudakı düşüncəsi isə belədir: “Əgər istəsəm, ölümümdən əvvəl internetdə mövcud olan fotoşəkillərimi və ya başqa materialları tanıdığım bir tanışıma verə bilərəm. Bunu etmədiyim təqdirdə 70 il boyunca bu materiallar internetdə yayımlanacaq və 70 ildən sonra dərhal yayımını dayandıracaq.”
Ölümdən sonra veb saytların domenlərinin vəziyyəti barədə bir az fərqli danışmaq olar. Bir domen aldıqda, bu domen istifadəsi 2 illik müddəti əhatə edir. Domenin istifadə müddəti bitdikdən sonra domenin istifadə hüquqları sizin əlinizdən alınır.

Bloq sistemində vəziyyət isə fərqlidir. Məsələn WordPress.com, hər hansı bir bloq hesabı passiv vəziyyətdə olsa belə, bu hesabı bağlamır, bloq hər zaman açıq qalır…
Bu mövzuya geniş yer ayıran məhşur “Forbes” jurnalına görə, əgər istifadəçilər öldükdən sonra hesablarıyla əlaqədar planları varsa, bu vəziyyətdə istifadəçilərin istifadəçi adı və şifrələri kimi gizli məlumatları güvəndikləri adamlara verməyi təklif edir.

XAKERLƏR November 3, 2008

Posted by nextaz in .::Azərbaycan::., .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: , , ,
add a comment

Xakerlər kimlərdir? Xakerlik necə yaranıb?
İndi xaker sözünün və bu tipdən törəyən hər bir anlamın mənasını bizlərin hər biri bilir. Amma gəlin görək dünyada ilk xakerin kim olduğunu, dünyada ilk xakerlik faktının nə vaxt baş verdiyini,dünyada ən məşhur xakerlik faktlarının hansı lar olduğunu bilirsinizmi?! İndi siz onların hamısını biləcəksiniz.Dediyim faktlar dünya kiber mütəxəsisləri tərəfindən yekdilliklə təsdiqlənmişdir.1960 – Xakerliyin yaranması

İlk kompüter xakerləri Massaçuset Texnoloji İnstitutunda (MİT) baş veribdir.Xakerlik ” hack” sözündən götürülübdür.Həmin sözün mənası isə doğramaq, oğurluq etmək, icazəsiz iş görmək və s. kimi mənalar kəsb edir.Həmin “hack” sözü dəmiryol işçilərinin və elektropozdla məşğul olanların dilindən götürülmüşdür.Dəmir yolçularında, xüsusiylə də ABŞ dəmiryollarında sürətli işin əldə
edilməsində bu söz istifadə olunurdu.Bəzi qrup insanlar hansılar ki, hər şeylə maraqlanan insanlardır ,
cəhd göstərirlər ki, kompüterlərdə öz ağıllarına uyğun olaraq yeniliklər və dəyişikliklər etsinlər.Özlərinin yazmış olduğu proqramlarla hər bir kompüter mütəxəsisinin diqqətini cəlb edirlər.
1970 – Telefon Frikerləri və Cap’n Crunch
Frikerlər yerli və beynəlxalq telefon şəbəkələrini (setlərini)qıraraq(virtual yolla), pulsuz danışıq əldə edirlər.”Frikerlərin atası” Vyetnam – ABŞ müharibəsinin iştirakçısı olmuş Con Dreyperdir.Con Dreyper frikerlik al əmində Cap’n Crunch ləqəbiylə məşhurdur.Günlərin birində Con Dreyper Cap’n Crunch adlı bir məkanda qutuda fit – suvenir tapır, hansı ki, bu saatda 2600 hers (fizikada: rəqs tezliyi ölçü vahidi) səs yayır və AT və T kimi telefon şəbəkələrində elektrik siqnalları ilə üst-üstə düşürdü.O, ilk mavi qutunu ( BLUE BOX ) fitin içind ə yerlıəşdirir, hansı ki,telefonun mikrofonundakı fıştırıq pulsuz danışıq üçün şərait yaradırdı.Amma tezliklə Esquire jurnalı ” Mavi qutunun kiçik sirrl əri” adlı məqalə dərc edir.Həmin məqalədə onun quruluşu və istifadəsi göstərilmişdi.Bu cür qanunsuz işd ən daha çox ABŞ-ın dələduzları istifadə edirdilər.”Mavi qutuların” ev şəraitində istehsalına və onların satışında kollecdəki tələbə dostlar – Stiv Voznyak və Stiv Cobs məşğul idilər.Hansı ki, bu iki məşhur şəxs sonralar Alma kompüterlərin (Apple Computer) əsasını qoyanlardan biri idilər.
1980 – Xakerliyin məlumat lövhəsi və xakerlərin cəmiyyəti

(davamı…)

Google yayımladı; sıra Nokia`da… November 3, 2008

Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Mobile::., .::Xəbərlər::., Komputer.
Tags: , ,
add a comment

Google, Open Handset Allianz ilə birgə ağıllı telefonlar üçün inkişaf etdirilən Android əməliyyat sisteminin qaynaq kodunu yayımladı və inkişaf etdirilməsi üçün sərbəst buraxdı.

Telekom firmaları, mobil telefon istehsalçıları və proqram firmalarından ibarət olan Android proyekti indiyə qədər yalnız inkişaf etdirici proqram paketləri təqdim etmişdi. İlk Google cib telefonu t-Mobile G1`in ABŞ`dakı bazar başlanğıcına paralel olaraq qaynaq kodu da ödənişsiz olaraq endirilməyə təqdim edildi. Android Open Source Project veb saytında inkişaf etdiricilər və proqram firmaları kodu endirib öz istəklərinə görə şəkilləndirə bilər, inteqrə edə bilər və inkişaf etdirə bilərlər.

Sıra Nokiadadır…
Bu inkişaflar yaşanarkən, Nokia da Symbian əməliyyat sisteminin qaynaq kodunun çox yaxında halqa açılacağını eşitdirərək açıq qaynağa əhəmiyyət verdiyini bir dəfə daha isbat etdi. Ayrıca edilən bir şərh ilə Symbian qrupuna 3 yeni üzvün daha əlavə olunduğu elan edildi. Yeni üzvlər: Visa, Huawei və ARM`dır…

Spam nədir? November 1, 2008

Posted by nextaz in .::Dünya::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.
Tags: ,
add a comment

Sakit okeanın cənubunda yerləşən Pitkern adalarında adambaşına düşən spamın sayı, istənilən digər yaşayış məntəqələrindən daha çoxdur. The Register nəşri yazır ki, dəqiq statistikaya gəlincə, əksər internet istifadəçilərinə görə ən “böyük” spamçılar – ABŞ, Rusiya və Çin əhalisidir. Dünyada göndərilən ümumi spamın 1/3-i (38%) məhz bu ölkələrin payına düşür. Əgər hər adambaşına düşən spam sayını hesablasaq – ABŞ – 64-cü, Russiya – 45-ci, Çin isə – 132-ci yeri tutacaq. Spam yayımında 9-cu yeri tutan Böyük Britaniya, adambaşına düşən spam sayına görə reytinqdə 50-ci yerə düşüb.Mobil operatorlar da mobil spam-ismarıcların həcminin qlobal şəkildə artması haqqında xəbərdar edirlər. Mobil telefonların mühafizəsi ilə məşğul olan Cloudmark şirkəti bildirir ki, ismarıc mübadiləsi və şəbəkələrin zəiflik həcminin artması bu servislərlin sui-istifadəsinə gətirib çıxaracaq. Şirkətin məlumatında deyilir ki, mobil spam daha ciddi problemə çevrilməyə başlayır. Çin və Cənub-Şərqi Asiyada ismarıcların ödəmə haqqının az olması səbəbindən bu problem daha kəskin müşahidə olunur. Çində orta hesabla abunəçi gündə 6-dan 10-dək mobil spam-ismarıc alır. Eyni zamanda, Hindistanın bir sıra operatorlarının şəbəkələrində, filtrasiyaya belə baxmayaraq, ümumi ismarıcların 30 faizini spam təşkil edir. Yaponiya operatorları tərəfindən SMS və MMS xidmətlərin qiymətlərinin azaldılması ilə əlaqədar olaraq, bu ölkədədə spam səviyyəsinin artacağı güman edilir.

Bəs spam nədir?

Spam əslində amerikalıların məşhur amma ənənəvi olmayan konserv ət yeməklərinin adıdır. Ancaq interneti maraqlandıran yönüylə spam internet üzərində eyni mesajın yüksək ədəddəki kopiyasının, bu tip bir mesajı almaq tələbində olmayan kəslərə, məcburedici xüsusiyyətdə göndərilməsidir. Spam əsasən ticari reklam xüsusiyyətində olub, bu reklamlar əhalinin inanmadığı məhsulların, tez zəngin olma kampaniyalarının, yarı qanuni xidmətlərin təbliğinə istiqamətlənib. Spam göndərilərkən kiçik xərclə reallaşdırıldığı halda, əsas maliyyə yükü böyük ölçüdə mesajın alıcıları və ya daşıyıcı, xidmət təmin edici təşkilatlar tərəfindən qarşılanır.

(davamı…)