WaP.NeXtAz.biz Dekabr 31, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Din::., .::Elm::., .::Gənclik::., .::IT::., .::Lətifə::., .::Maraqlıdır::., .::Mobile::., .::Xəbərlər::., .::Əyləncə::..Tags: WaP.NeXtAz.biz
add a comment

Atrıq wap.nextaz.biz saytı istifadəyə verildi.Hələki sayt tam hazır deyil.Amma yaxın vaxtlarda tam fəaliyyətə başlayacaq.
İsveçrədə minarələri qadağan etmək istəyirlər İyul 9, 2008
Posted by nextaz in .::Din::., .::Dünya::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: NextAz, İsveçrədə minarələri qadağan etmək istəyirlər
add a comment
İsveçrə sağçıları ölkədə minarə tikilməsini qadağan etmək istəyirlər. Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, sağçılar minarələrin tikilməsini qadağan edən Konstitusiya dəyişikliyini referenduma çıxarmaq üçün kifayət qədər imza toplayıblar.
İsveçrə Xalq Partiyası (İXP) tərəfindən artıq referendumla bağlı 115 min imza toplanılıb. Konstitusiyaya görə, hər hansı bir məsələnin ümumxalq səsverməsinə çıxarılması üçün 110 min imza lazımdır.
İXP 2007-ci il parlament seçkilərində qələbə qazanıb. BMT müşahidəçiləri partiyanın apardığı təbliğat kampaniyasının “irqçi” olduğunu bildirərək onu pisləyiblər. Partiya dəfələrlə minarə tikintisinə mane olmağa cəhd etsə də, uğur qazana bilməyib.
İsveçrədə yaşayan 300 min müsəlmanın cəmi 3 minarəsi var. Hökumət artıq İXP-nin tələbinə qarşı çıxıb. Bundan sonra hökumətin İsveçrənin milli təhlükəsizlik və beynəlxalq münasibətlər marağından çıxış edərək, referendum keçirilməsinə mane olacağı gözlənilir.
Qurani-Kərim təhqir edildi İyun 3, 2008
Posted by memmedovaydin in .::Din::., .::Dünya::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: Həmid Attraş, Qurani-Kərim, Syueysya
add a comment
Yapon cizgi filmində Qurani-Kərimin təhqir edilməsi müsəlmanların etirazına səbəb olub.
Artıq 300-ə yaxın ərəb dilli və İslam forumlarında “Quranın təhqir edilməsi” ciddi şəkildə müzakirə olunur. Bir çox tamaşaçıların fikrinə görə, artıq kifayət qədər məşhur olan Tokio “Syueysya” firması tərəfindən videodisklərdə buraxılan cizgi filmində Qurani-Kərim təhqir edilib. Belə ki,
(davamı…)
Cümə namazının müqəddəsliyi May 16, 2008
Posted by memmedovaydin in .::Din::., .::Gənclik::., .::Maraqlıdır::..Tags: .::Din::., cüme namazı, Cüme namazının müqeddesliyi, cume
add a comment

Bu gün cüme günüdür.Allahu Təala Cümə gününü müsəlmanlara məxsus gün qılmışdır. Cümə günü günorta vaxtında, Cümə namazını qılmaq, Allahu Təalanın emridir.
Allahu Təala, Cümə surəsi sonundakı ayətitində buyurdu ki,
Ey iman etməkle şərəflənən qullarım! Cümə günü, günorta azanı oxunduğu vaxt xütbə dinləmək və Cümə namazı qılmaq üçün məscidə gedin! Alış verişi buraxın! Cümə namazı və xütbə, sizə başqa işlərinizdən daha faydalıdır. Cümə namazını qıldıqdan sonra, məsciddən çıxdıqdan sonra dünya işlərinizi edərsiniz. Allahu Təaladan ruzu gözləyərək işləyərsiniz. Allahu Təalanı çox xatırlayın ki, qurtula biləsiniz!
Namazdan sonra, istəyən işine gedər işləyər, istəyən məscidde qalıb namaz qılmaqla, Qur’an-ı Kərim və dua ilə meşğul olar. Cüme namazı vaxtı girdikdə, alış-veriş günahdır. (davamı…)
Quran belə qurub May 8, 2008
Posted by nextaz in .::Din::., .::Dünya::., .::Xəbərlər::..Tags: ALLAH, Quran belə qurub, QURANİ KƏRİM
1 comment so far
Əbədiyaşar Firon
1981-сi ildə Fransa Misirdən tədqiqat məqsədilə Misir fironlarından birinin mumiyalanmış сəsədini istəyir. Tədqiqatı üzərinə götürən professor Moris Bükayı, əsasən, fironun ölümünün səbəbləri maraqlandırırdı.
Bəlli olur ki, firon suda boğularaq ölüb. Sonra isə сəsədi dənizdən çıxarılıb mumiyalanmışdır.
Lakin bir məsələ Morisə rahatlıq vermirdi: nəyə görə məhz bu fironun сəsədi digər fironların сəsədlərindən daha yaxşı vəziyyətdə qalıb? Professor mumiyanın dənizin dibindən çıxarılma faktının elmi ixtira olduğunu elan etmək istəyəndə, ona xəbər verirlər ki, müsəlmanlar bu barədə çoxdandır danışırlar. (davamı…)
Qiyamət nə vaxt qopacaq? May 8, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Din::., .::Dünya::., .::Xəbərlər::..Tags: Dünyanın sonu, Qiyamət nə vaxt qopacaq?
3 comments
«İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
Qiyamət nə vaxt qopacaq?..
Qiyamət günü haqqında heç məlumatı olmayana rast gəlmək çətindir. Az da olsa, hər birimiz dünyanın sonu və qiyamətin qopacağı barədə nələrsə eşitmişik. Və heç şübhəsiz ki, onun dəhşətindən də az və ya çox xəbərdarıq. Bəziləri bu məsələyə lazımınca ciddi yanaşmasalar belə, ilahi kitablarda Allah-Təalanın vəd etdiyi kimi, bu gun mütləq olacaq: «Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur…» (Həcc surəsi, ayə7). «Allahın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!» deyildiyi zaman «Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!», – deyə cavab verirdiniz!» (Casiyə surəsi, ayə32)
Bəs qiyamət günü nə vaxt olacaq? Qiyamətin qopacağı gün nə zamandır?
(davamı…)
Kəbənin qədim açarı 18 milyon dollara satıldı Aprel 12, 2008
Posted by nextaz in .::Azərbaycan::., .::Din::., .::Xəbərlər::..Tags: acar, kebe
add a comment
Bu açar 18 milyon dollara satılıb
İslam dininin ən müqəddəs məbədi – Məkkə şəhərində yerləşən Kəbənin 12-ci əsrə aid olan açarı 18 milyon dollara Londonda Sotbi hərracında satılıb. İndiyə qədər heç bir islam incəsənət nümunəsi belə yüksək qiymətə satılmamışdır.
Sözsüz ki, bu açar islam dininin ən mühüm rəmzlərindən biri sayılır. Kəbə tarixində 58 belə açarın mövcud olduğu qeyd olunur, Nadir açarı alanın kimliyi məxfi saxlanılıb. 37 sm uzunluğunda olan bu açarın üzərində “Allahın müqəddəs evi üçün düzəldilib” kəlmələri həkk olunub. (davamı…)
Qətərdə İslam peyğəmbərindən bəhs edən TV kanalı açıldı Aprel 3, 2008
Posted by memmedovaydin in .::Din::., .::Xəbərlər::..Tags: muhammed
add a comment
Qətərdə İslam peyğəmbərindən bəhs edən TV kanalı açıldı
Qətər Hz. Məhəmmədi (s.ə.v.) təhqir edən nəşrlərə cavab vermək üçün peyklə yayımlanacaq və sadəcə Hz.Peyğəmbərdən bəhs edəcək yeni bir televiziya kanalı açacaq.
Beynəlxalq “Şeyx Abdullah el-Ənsari Akademiyası”nın rəhbərliyi altında açılan və “Şairul-Rəsul” adlanacaq kanalda hazırlıq işləri artıq başa çatıb. Kanalın 1 apreldə fəaliyyətə başlayacağını bildirən qurumun müdiri Əhməd əl-Qazı kanal sayəsində İslam mədəniyyətini inkişaf etdirmək, digər mədəniyyətlərin mənfi təsirlərindən qorumaq istədiklərini deyib.
Kanalda əsasən Hz Məhəmmədin (ə.s.), digər peyğəmbərlərin həyatından bəhs edəcək filmlər, həmçinin İslam tarixi və İslam Dünyası barədə sənədli filmlər yayılacaq. Kanalda günün müəyyən saatlarında əcnəbilər üçün ingilis dilində də efir vaxtı olacaq.
ANSPRESS





















