Hamann BMW X5-i təqdim edir November 18, 2008
Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Gənclik::., .::Xəbərlər::., .::Əyləncə::..Tags: BMW X5, Hamann BMW X5-i təqdim edir, X5
add a comment

Yolları çoxlu avtomobillər bürüyüb, amma onların arasında cəmi bir lider var. O, bir an içərisində əvvəlki liderin yerini tutub və getdikcə mövqeyini daha da gücləndirməkdədir. Onun bir çox rəqibləri olsa da, hələlik ona layiqli əvəz tapmaq çətindir. 4,8 litr həcmli mühərriki olan BMW X5 şəksiz üstünlüklərə malik olsa da, sayıqlığını itirməməlidir, çünki rəqibləri dərhal onu haqlaya və ötə bilərlər. Məhz buna görə BMW konserni avtomobilin tam komplektasiya və texniki yeniliklərlə təchiz olunması üçün Hamann atelyesindən olan təchizatçılara müraciət edib. Özü də yeniliklər təkcə lider modelə deyil, onun iki “soydaşına” da şamil olunacaq. İndi X5, həqiqətən, yollarda tam təhlükəsizliyi təmin edəcək. Alman ustalar öz arzu və fantaziyalarını gerçəkliyə çevirmək üçün bacardıqlarını ediblər.X5-in hədsiz gücünü və unikallığını hiss etmək üçün ona ani nəzər salmaq kifayətdir. O, kifayət qədər mürəkkəb konstruksiyalı yeni bamper əldə edib. Havaçəkənlər və müxtəlif dalğavarı cizgilər isə ona daha sanballı görkəm verib. İndi X5 öz rəqibini nəinki haqlamağa, həm də xarici görkəmi ilə vahiməyə salmağa qadirdir. Rəqibinin isə, sadəcə, vahimə ilə bu nəhəngi seyr edərək onun yolundan çəkilməkdən başqa çarəsi qalmayacaq. Yuxarıda qeyd edilən hissə və detallarla yanaşı, X5 həmçinin xüsusi sifariş əsasında hazırlanmış “Black Line” adlı 22 düymlük disklər əldə edib. Şinlərin ölçüsü 295/30-dur.
Biksenon işığı ilə göz vuraraq və öz “qurbanını” (yəni rəqibini) səkiyə sıxışdıraraq BMW əla arxa spoyleri ilə havanı yararaq uğultu ilə irəli şütüyür, rəqibinə isə yalnız onun uzaqlaşan siluetinə mat-mat baxmaq qalır. Bamperin aşağı hissəsi diqqəti cəlb edir. Burada irəliyə çıxmış dörd zolağı görmək olar. Bu, necə deyərlər, Bavariya istehsalçısının səciyyəvi cizgisidir. Yan tərəflərdə simmetrik şəkildə yerləşmiş səsboğucu sistemin boruları eleqant görkəmi ilə seçilir. Onların nəriltisi istənilən anda ətrafa yayıla bilər. (davamı…)
Benzin erası bitir November 6, 2008
Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: .::Avto::., Benzin erası bitir, BMW, NextAz
add a comment
BMW elektriklə işləyən avtomobil təqdim edirBMW avtomobil qrupu tərəfindən satın alınandan bəri hər yeni modeliylə könülləri fəth edən MİNİ-nin yeni modeli də könülləri oxşadı. MİNİ E adlanan yeni model lityum-iyon batareya ilə işləyən mühərrikə sahibdir və tamamilə elektriklə işləyir. Yeni model noyabrda keçirilməsi planlaşdırılan “Los Angeles Avto Show” sərgisində təqdim ediləcək..
MİNİ E şəhərdaxili istifadə üçün nəzərdə tutulub.
2009-cu ildə 500 ədəd istehsal ediləcək maşının mühərikinin gücü 204 at gücünə bərabərdir. 1465 kq ağırlığında olan avtomobil 100 kilometr/saat sürəti 8.5 saniyədə yığa bilir.
Hələlik maşının satış qiyməti bəlli deyil.
Psixoloji məqam November 2, 2008
Posted by nextaz in .::Avto::., .::Gənclik::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: Avtomobil, Psixoloji məqam
add a comment

Qadınların avtomobil idarə etməsi ilə bağlı fikirlər müxtəlifdir. Hərə bu mövzuya öz baxış bucağından yanaşır. Bəziləri üçün bu, problem, digərləri üçün isə artıq keçilmiş yoldur. Fikirlər belə fərqli olduğu üçün bu sahədə bir çox mübahisəli məqamlar yaranır.Bu dəfə ortaya çıxan bəzi sualları cavablandırmaq üçün biz psixoloq köməyinə ehtiyac duyduq. Problemlərə bir də psixoloji tərəfdən yanaşmaq istədik. Buna görə indiyə qədər ən çox danışılan, müsahiblərimizin daha çox şikayət etdiyi məsələlərlə bağlı psixoloq Elmir Əkbərlə söhbət etdik.
- İlk sualım qadınlar və kişilər arasında mübahisələrin başlanğıcı olan məsələ ilə bağlıdır. Kim avtomobilə daha çox önəm verir? Bir qadın üçün və bir kişi üçün avtomobil nədir?
- Burda belə bir psixoloji amil var: kişi üçün avtomobil özünü reallaşdırma vasitəsidir. Belə ki, kişi qarşısına bir neçə məqsəd qoyur: “Evim olsun, işim olsun, avtomobilim olsun və evlənim”. Ancaq bu mərhələləri keçəndən sonra o özünü tam ifadə edir, bir insan kimi təsdiq edir. Avtomobil kişinin ayrılmaz bir hissəsinə çevrilir. Ancaq çox nadir hallarda rast gəlinir ki, xanımların belə məqsədləri olsun. Çox maraqlı məqamdır ki, qadınlar üçün avtomobil daha çox praktik vasitə olduğu üçün önəm daşıyır. Qadın avtomobildən işlərini tez və rahat həll etmək üçün istifadə edir. Bəzi qadınlar isə kişilərlə eyni hüquqlara malik olduqlarını, öz üstünlüklərini göstərmək üçün avtomobil sürürlər.
- Nəyə görə xanımlara bir sürücü kimi güvənmirlər? Xüsusilə bizim xanımlar bundan şikayətlənirlər. (davamı…)
700 at gücünə malik Kicherer RS6 universalı Oktyabr 29, 2008
Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Gənclik::., .::Maraqlıdır::., .::Xəbərlər::..Tags: .::Avto::., 700 at gücünə malik Kicherer RS6 universalı, Audi
add a comment

İndi gücləndirilmiş universalların sayı yağışdan sonra göbələklər kimi artır. ABT və bir çox digər tüninq atelyelərinin ardınca Kicherer şirkəti də öz bacarığını nümayiş etdirərək Audi RS6 Avant tipli universalları təkmilləşdirib.
Tüninqə uğramış yeni avtomobili yuxarıda adı çəkilən ABT şirkətinin “əl gəzdirdiyi” RS6 ilə müqayisə etsək, görərik ki, fərq yalnız xarici görünüşdədir. Burada da kapotun altında gücü 700 at gücünədək artırılmış 5,0 litr həcmli biturbinli TFSI aqreqatı “gizlənir”.
Bu mühərrikin 100 km/saat sürət yığmasına cəmi 4,3 saniyə tələb olunur, avtomobilin maksimal sürəti isə 280 km/saat təşkil edir.
Dinamikaya gəldikdə, 700 at gücünə malik mühərriklə yanaşı, yeni universalın imkanlarının artırılmasına modernləşdirilmiş asqı (klirens 25 millimetr azaldılıb), olduqca möhkəm əyləclər, karbon-staylinq elementli idmansayağı bodi-kit və əlbəttə ki, 22 düymlük beşmilli təkər diskləri öz töhfələrini veriblər.
Alman istehsalçısı BMW, dizaynerlərin gələcəyi necə gördüklərini və şərhlərini ortaya qoymak məqsədiylə ortaya çıxardıqları “GINA”nın fotolarını yaydı. İyun 17, 2008
Posted by nextaz in .::Avto::., .::Dünya::., .::Elm::., .::Gənclik::., .::IT::., .::Maraqlıdır::., .::Xəbərlər::., Komputer.Tags: Alman istehsalçısı BMW, BMW, dizaynerlərin gələcəyi necə gördüklərini və ş, NextAz
2 comments





















