Böyümək nədir?

Uşaq olanda həmişə fikirləşərdim ki görəsən nə vaxt böyüyəcəm, kimi sevəcəm, necə bir qız olacam? Həyat sehirli və sonsuz seçimlər təqdim edir və bir gün bunların başıma gələcəyini heç vaxt fikirləşməzdim. Böyümək uzun və hamının fərqli şəkildə getdiyi bir yoldur. Olduğumuz insanla, olmaq istədiyimiz insanın arasından keçir.
Həyatın planlarla yaşanmadığını, əsl macəranın yolda rast gəlinən surprizlər olduğunu, bütün dünya ilə mübarizə aparmalı olsan da ancaq ürəyinə qulaq asmağın düzgünlüyünü, itirilənlər, yeni gələnlər, kədər, sevinc və sınmış xəyallarla həyatın bütün olduğunu, sevgi ilə bağlanan insanların heç vaxt ayrılmayacağını, sevgini tapmağın, itirməyin və yenisi ilə xoşbəxt olmağın əslində həyatın bir parçası olduğunu insan yaşadıqca öyrənir.
Hamının bir böyümək hekayəsi vardır. Hansı ki, yaşayırıq amma sonunu heç vaxt düşünə bilmirik. Mənimki isə təcübləndirici, sehirli və çox gözəldir. Hər birinizə xoşbəxtlik arzusu ilə sizin NURA…

Mənbə:NuraPress

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s