7 maddəlik ilk “oğru qanunları” Bakıda hazırlanıb-Kriminal dünyanın ilk normativ sənədinin müəllifi bakılı avtoritet Ağakərim olub

 
Reklam :
 

Kriminal dünyanın ilk normativ sənədinin müəllifi bakılı avtoritet Ağakərim olubBu günlərdə Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “kriminal avtoritet” Yunus Nəzərovun məhbus yoldaşı tərəfindən baltalanması barədə xəbər yayıldı. Bu xəbər, bütün cəmiyyətlərin həmişə maraq obyekti olmuş “avtoritet” mövzusunu yenidən yada saldı. Məlum olur ki, ölkədə istər cəzaçəkmə müəssisələrində, istərsə də azadlıqda onlar hələ də mövcuddur və cəmiyyətin tabe olduğu ümumi, sivil qanunlarla yox, özlərinin yaratdığı “oğru qanunları” ilə yaşayırlar.

Məhkum Y.Nəzərov məhbəsdə öz qanunları ilə yaşayıb və digər məhbusları da bu cür yaşamağa məcbur edirmiş. Hətta qaranlıq dünyanın yazılmamış qanunlarına tabe olmayan digər məhbus yoldaşlarını döyürmüş. Bunun sonu da cinayətlə bitib. Nəzərovun “qanun”larına tabe olmaqdan imtina edən digər məhbus onu yatdığı yerdə baltalayıb. Oğru aləmində bu əməlin özü də birmənalı qəbul edilmir, lakin avtoritet hakimliyinə qarşı çaxan və avtoriteti öldürməyə qəsd edən həmin məhbusun özünün də gələcəkdə avtoritetlərin sırasına qoşulacağı istisna deyil.

“Qanuni oğrular”: cazibənin gücü

Bu mövzu, ortaya çıxdığı vaxtlardan bəri bütün zamanların ən maraqlı mövzuları sırasında olub. Təkcə Lent.az-da yayılan bu xəbərin oxunma göstəricisinə diqqət yetirsək, nə qədər haqlı olduğumuz bir daha görünər. Hələ bir neçə il əvvəl “Sabirabadlı Hikmət” kimi tanınan kriminal avtoritet Hikmət Muxtarovun ölüm və dəfn hadisələrini yada salmalı oluruq: bu hadisə o vaxt üçün aktual olan siyasi və sosial problemlərdən daha çox diddət çəkmışdi. Hikmət Muxtarovun qətli barədə xəbərdən sonra onun doğulduğu Sabirabad rayonunda toylar təxirə salındı, insanlar yasa büründü. Avtoritetin nəşi hətta Milli Məclisin üzvünün də iştirak etdiyi böyük bir izdihamla qarşılandı və dəfn edildi.

Həmin vaxt “Sabirabadlı Hikmət”in dəfn mərasimində xarici ölkələrdən, o cümlədən İsveçrə və Rusiyadan bir sıra “qanuni oğrular” iştirak etdi. Dəfnə qatılan şəxslər sırasında Rusiyada kifayət qədər nüfuza malik “Knyaz” ləqəbli “qanuni oğru” da vardı. Hüzn mərasimində Bərdə, Hacıqabul və Gəncədən “qanuni oğrular” da iştirak ediblər. Hətta Rusiyada cinayətkar aləmin imperatoru sayılan “Yaponçik” dəfndə iştirak etmək üçün Bakıya gəlmişdi. O, hələ də bilinməyən səbəblərdən mərasimə qatılmadı…

Ötən il metronun “Əzizbəyov” stansiyasının yaxınlığında yeni tikilmiş körpüdən asılmış kişi meyiti aşkarlandı. Hadisənin şahidlərinin sözlərinə görə, körpüdən asılmış kişinin əlləri və ayaqları kəndirlə bağlanmış vəziyyətdə olub. Boğazına bağlanmış kəndirin bir ucu isə yeni tikilən körpünün armaturlarına bağlanıb. Meyitin üzərində xəsarət izləri də aşkar olundu və bəlli oldu ki, asılmazdan əvvəl onu döyüblər. Sonra isə əl-qolunu bağlayaraq, Siciliya mafiya qaydalarına uyğun şəkildə boğazına ilgək salıb, körpüdən aşağı atıblar. Cəzalandırılan adam Quba rayonunun Bağbanlı kənd sakini, kriminal aləmdə tanınmış isimlərdən olan Zülfüqar Babayev idi.

Qəribədir ki, bu cür ritual xarakterli, simvollarla icra edilmiş qətllər insanlarda təhlükə və xofla bərabər, həm də diqqət, cazibə və bəzən də simpatiya doğurur.

Nədir bu cazibənin səbəbi? Əslində, oğru dünyasının bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Cinayətkarlar isə cəmiyyətdən təcrid olunmalıdır. Bəs həmin şəxslərə bu qədər daxili rəğbət hissi haradandır? Bu aləm insanların diqqətini nə ilə çəkir?

“Obşak” necə yarandı?

Gəlin bir qədər tarixə qayıdaq. “Onların öz yazılmamış qanunları var” – bu kəlam oğru dünyasına ilk cazibəni yaradır. İnsanlar yazılan və əməl edilməyən qanunlarla rastlaşanda, yazılmayan, amma ciddi əməl olunan qanunlara qibtə etməyə bilmirlər. Belə bir anlam da var ki, nə vaxtdan cinayətə görə cəza var, elə o dövrdən də yazılmamış qanunlar meydana çıxıb. Azərbaycanda oğru dünyasının nə vaxt yarandığını heç kim birmənalı söyləmir. Amma yerli mətbuatda dərc edilən bir məqalədə adının çəkilməsini istəməyən “qanuni oğru”lardan biri hesab edirdi ki, hətta qəhrəmanıq dastanı olan “Koroğlu”da da “obşak”, yəni oğru dünyasının elementləri var.

Bu mövzuda söhbət etdiyimiz ekspertlərin əksəriyyəti hesab edir ki, Azərbaycanda formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Hətta terminlər belə oradan gəlir və rus mənşəlidir. Bildirilir ki, Rusiyada kriminal aləmin təşkilatlanması əsasən Stalin dövrü ilə bağlıdır. Təbii ki, bununla razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar II Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar “qoçu” kimi tanınırdılar. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını da deyirlər. Məlumatlar var ki, o vaxt Koba həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra “obşak” adlandırılan mexanizm qurulub.

“Obşak” mexanizminin öz özəllikləri var. Burada hər şeyin könüllülük əsasında baş verməsi çox mühüm amildir. Bəzi hallarda isə “obşak”ın rəyi ilə zor tətbiq olunması qərarı da verilə bilər. Bir çox ölkələrin təcrübəsinə əsaslanan ekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Bir çox varlı adamların vaxtaşırı “obşak” üçün “qref” etməsi, yəni müəyyən vəsait ayırması haqda məlumatları çox eşitmişik. Həmin şəxslər “obşak” tərəfindən toxunulmaz hesab olunur.

“Qanun” jurnalının baş redaktoru və uzun illər bu mövzuda məqalələrin nəşri ilə məşğul olmuş Şahbaz Xuduoğlu Lent.az-a açıqlamasında deyir ki, sovetlər dönəmində siyasi rəhbərlik özü “obşak”ların, avtoritetlərin yaranmasına şərait yaradıb və onların fəaliyyətindən bəhrələnib. Azərbaycanda isə mərhum prezident Heydər Əliyevin dövründən Azərbaycanda avtoritetlərin hakimiyyətlərini itirməsi dönəmi başlayıb.

Toxunulmaz, pozulmaz qanunlar

70-ci illərdə Mərkəzi Uralda kriminal aləmə nəzarət edən “Sedoy” ləqəbli qanuni oğru olub. Xatırladaq ki, onun ötən illərdə Bakıdakı 17 saylı İƏM-də qiyamın yatırılması üçün həmin həbsxanaya gətirilməsi və problemi həll etməsi faktından çox danışılıb. Bu əməli isə kriminal aləmdə “Sedoy”a ölüm hökmü kəsilməsinə gətirib çıxarıb.

Qanuni oğru adını almaq elə də sadə məsələ deyil. Bu adı almış şəxslər kriminal aləmdə son söz deyənlərdir. Yəni onların sözü mübahisə və müzakirə obyekti olmur. Ş.Xuduoğlunun sözlərinə görə, bu mövzuda nəşrləri hazırlayarkən maraqlı bir məqamla rastlaşıb: “İlk dəfə olaraq oğru dünyasının 7 maddədən ibarət normativ sənədi avtoritet Ağakərim tərəfindən hazırlanıb. O, əslən çəmbərəkəndlidir, ilk dəfə erməni zabitini qətlə yetirdiyi üçün həbsxanaya düşüb və ilk dəfə yazılı olmayan 7 bənddə qanun qəbul edib. Sonradan bu qanun keçmiş SSRİ-də yayılıb”.

Bu aləmin məşhurları arasında Qafqaz xalqlarının nümayəndələri həmişə olub. Ş.Xuduoğlunun fikrincə, bu, həmin xalqların ədalətsizliyə qarşı barışmaz xarakterindən irəli gəlir.

SSRİ-də kiməsə avtoritet adı verilməsi mərasimləri – “koronovanie” çox məhdud çevrədə reallaşırdı. Burada, bir qayda olaraq, az sayda nüfuzlu avtoritet iştirak edib. Baş redaktor deyir ki, SSRİ parçalandıqdan sonra bu mərasimlər elə müstəqil dövlətlərin özündə reallaşıb: “Artıq fitvalar da ayrılıqda çıxarılır və ümumi banklara – “obşak”a da hər kəs özü rəhbərlik edir. Əvvəlcədən SSRİ səviyyəsində tanınan avtoritetlər yenə də hamı tərəfindən qəbul olundu, amma sonradan ayrı-ayrı respublikalarda yarananlar bu səviyyədə tanına bilmədilər. Bəzi istisnalar vardı. Məsələn “Sabirabadlı Hikmət” belələrindən idi. Cavanşir və Bəxtiyar da keçmiş SSRİ ərazisində qəbul olunan avtoritetlərdən olub”.

Həmsöhbətim deyir ki, lotu Ağakərim də vaxtilə çox böyük nüfuz sahibi olub və o zaman onu Rusiyadan Azərbaycana ekstradisiya etmək istəyəndə müəyyənləşib ki, ölkəmizdə belə bir nüfuzlu avtoritetə uyğun məhbəs yoxdur.

Qanuni oğruların azadlıqdakı bəzi səhvlərini bağışlasalar da onların həbsxanadakı səhvləri heç vaxt bağışlanmayıb. İlk illərdə ciddi şərtlərdən biri avtoritetlərin ailə qurmaması olub. Amma sonradan islahatlar aparılıb və bu qadağa aradan götürülüb. İslahatlar bununla bitmir. Bu sahəyə biznes dəyərləri ilə qatılanların, hətta pulla avtoritet adı alanların olduğunu da söyləyirlər. Qadın alveri və əvvəllər qəbul olunmayan başqa sahələrdə fəaliyyət göstərənlər də son illərdə bu dünyaya girişə bilib. Ş.Xuduoğlu deyir ki, məhbəslərdə yaranan və həmişə məxfi fəaliyyət göstərən oğru dünyası sonradan açıq cəmiyyətə qədəm qoyub ki, bu da pis nəticələr verib. Ortaya yeni dəyərlər çıxıb və bunların içərisində ən məşhur olanı “Yaponçik”dir. İtaliyada isə bu cür yeni dəyərlər qəbul olunmur, orada “yeraltı dünya” hələ də qapalı fəaliyyət göstərir.

Amma nə qədər gizli fəaliyyət göstərsələr də onları yaxalamaq mümkün olur. Məsələn, ötən il İtaliya hüquq-mühafizə orqanları 45 ildir axtarışda olan Siciliya bölgəsinin nüfuzlu mafiya başçısı Bernardo Provenzanonu həbs edə bildi. O, məşhur mafiya başçısı Toto Rinanın 1993-cü ildə həbsindən sonra Siciliya mafiyasının sükanını ələ alıb. Provenzanonun keçmiş vəkili Salvatore Traina isə mətbuata açıqlamasında bir zaman hüquqlarını müdafiə etdiyi şəxsin bir neçə il əvvəl vəfat etdiyini bildirmişdi. Onun kimliyini yalnız DNT analizi ilə təsdiq edə bildilər.

Bundan başqa, bu il Moskva ətrafında “qanuni oğru”lara qarşı iri əməliyyat keçirildi. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumatda bildirilirdi ki, əməliyyat zamanı kriminal toplantının 50-dən çox iştirakçısı həbs edilib. Kriminal avtoritetlərdən 39 nəfəri cinayətkar aləmdə “qanuni oğru” kimi tanınır. Yaxalananlar arasında Tariel Oniani adlı nüfuzlu avtoritet də olub.

Əfsanəvi cazibənin sirri

Kriminal dünyanın tanınmış isimləri ilə bağlı bir neçə kitabın redaktoru olan jurnalist İlqar Əlfioğlu deyir ki, hazırda bu institut öz forma və məzmununu tamam dəyişib. Onun sözlərinə görə, ta qədimdən bu şəbəkə cəzaçəkmə müəssisələrində sanki məhbusların həmkarlar ittifaqı funksiyasını yerinə yetirib. Ancaq ötən illər ərzində bu sahədə xeyli yumşalma baş verib. Əvvəllər titul almaq üçün hətta 5 ilə kimi gözləməli olan oğrular indi bunu tezliklə əldə edə bilirlər.

Həmkarımızın söylədiyi bir fakt düşündürücüdür: “Biz bu mövzuda nəşrləri başlayarkən gənclərdən anonim müraciətlər alırdıq, elektron poçtumuza məktublar göndərilirdi ki, biz bu dünyada necə təmsil oluna bilərik? Onlar bilirlər ki, yalnız qətl, qarət törətməklə bu dünyaya daxil ola bilməzlər. Amma onlarda belə maraq vardı”.

İ.Əlfioğlu deyir ki, cəmiyyətin bu sahəyə marağı başa düşüləndir və bu şəxsiyyətlərin gücü ilə bağlıdır: “Şəxsən mən artıq 3 ildir ki, bu mövzu ilə maraqlanmıram. Amma rəhmətlik Hikmətlə bağlı xəbərləri diqqətlə izləyirdim. Bütün dövlətlərdə oğrular dövlətin ədalətsizliyinə qarşı yaranıb. Məsələn, məşhur Siciliya mafiyası bu cür yaranıb. Onlar İtaliya dövlətinin siyasətini qəbul etməyib və əvvəlcə xalq hərəkatı kimi meydana çıxıb. Demokratiya inkişaf etdikcə bu strukturlar da öz əhəmiyyətini itirəcək. İnkişaf etmiş ölkələrdə bu tip strukturlar leqallaşırlar. Dünənki kriminal şəxslər bu gün Rusiyada parlamentdə təmsil olunur, biznesmen kimi tanınırlar. Elə bizdə də biznes fəaliyyəti ilə məşğul olan insanlar arasında belələri var və onlar çox uğurlu fəaliyyət göstərirlər”.

Cinayətkar aləm, avtoritet, mafiya mənsubu o səbəbdən əhalinin maraq obyekti olur ki, onlar cəmiyyətin həll edə bilmədiyi hansısa bir çətinliyi asanlıqla yoluna qoyub, xilaskar obrazını möhkəmlədə bilirlər. İnsan, vətəndaş üçün gücə, imkana, dayaq dura bilmək bacarığına açıq və ya gizli simpatiya həmişə xarakterik olub. “Yeraltı dünya”nın cəmiyyətdə bu qədər ehtiramla qəbul olunmasının əsas səbəblərindən biri də onların öz qanunlarına sədaqətlə riayət etmələri ilə bərabər, həm də günahsızın, haqqı tapdananın yanında olmağa çalışmaları və buna nail olmalarıdır.

Səbinə Əvəzqızı
From:NextAz

b

 

About these ads

7 maddəlik ilk “oğru qanunları” Bakıda hazırlanıb-Kriminal dünyanın ilk normativ sənədinin müəllifi bakılı avtoritet Ağakərim olub” üzərinə 36 şərh

  1. salamlarrrr… supper meqaledir… zehmet olmazsaaa o yeddi qanunu da yaza bilersiz..o haqda melumat vere bilersiz????

  2. Lotu Hikmət 1956-cı ildə noyabrın 3-də Sabirabadın Kurkənd kəndində anadan olub!1974-cü ildə Xalq təsərrüfatı instutunda təhsil alarkən Bakı şəhəri prokrorluğunun müstəntiqınin oglunu döydüyü üçün ilk məhbuslugunu yaşayıb, 3 il azadlığdan məhrum edilib.Cəzasını Bakıda 5 saylı islah etmək kolonıyasında və Xələc düşərgəsində çəkib. 1981-ci ildə yenidən həbs olunub. Sabirabadda xod gedənlərdən biri, bir fagırı incitdiyinə gorə onu cəzalandırdığından 7 ıl müddətınə azadlığdan məhrum edilib. Rostov düşərgəsində Mixaıl Kotovski “ Kolya“ ləbid ilə tanış olub və ən qatı “Otrıtsalovka“ lardan birinə cevrilib.3 nəfər oğru ponyatkalı dustaq qırmızı zonu “QARA“ zona ceviriblər. Bununla barışmayan duşərgə rəhbərliyi onu 4 dəfə ardıcıl olaraq 15 sutkalıq karserlə cəzalandırıblar. 4-cü cazalanma müddətində aclıq aksiyasına başlayıb və duşərgədəkılərin ona qoşulması ucbatından işinin üstünə 3 ildə gəlib. 1987-ci ildə Moskvada keçirilən ogruların qanunu qurultayında onu Hikmət Sabirabadski kimi tanıyıblar.
    “ Böyük Qardaş“ ləqəbi ilə NOVOCEKASIK qapalı türməsınə göndərilib.Lelinqradın “KRESTI“ kicmasında və vorkuta zonalarında cəza çəkib.1997-ci ildə Bakıda həbs olunub və 2 gün sonra azadlıga buraxılıb.
    . İttıfaqda sayılıb seçilən klassik “VORLARDAN“ biri olub. “XX“ əsrin məşhur “Ogruların Kitabı”nda 169-cu sırada yer tutub. Bəxtiyarın ən etıbar etdiyi adamlardan biri olub. 2006-cı ildə muzdlu killer tərəfindən qətlə yetirilib.

    Allah rəhmət eləsin…

  3. OQRU ALEMI HEMISE VAR OLMALIDIR YASASIN OQRULAR ALLAH OLENLER OLUB GEDEN YAXSI OQLANLARA REHMET ELESINBEXTIYAR CAVANSIR HIKMET HELE BU YAXINLARDA OLUM XEBERINI ALDIQIMIZ YAPONCIKE DE ALLAH REHMET ELSIN DEYIREM ONLARIN HEYATI MENE COX LEZZET ELIYIR

  4. salam camahat mende lotular haqda boyuk meqaleler var,her bir lotu haqda ozude kisa mezmun deyil.
    muraciet etnek isteyenler hotmail adresime yaza bilerler

    Hotmetle:Dayday

  5. Ogru alemi heqiqetende boyuk bir alemdi.kimki varavskoy olmaq hetta ogru adina qeder yukselmek istiyirse kisi olmalidi.nece ki lotu Xan demis,erkek dogulan kisi de olmelidi.ogru o kes doyulki tekce ozunu fikirlessin,ogru absaki fikirlesdiyi kimi camaatini fikirlesir,misal olaraq rehmetlik Hikmet oldurulennen sonra sabirabad camaati yas eledi.ogru o kes doyulku hemise qani,zulmu ve s. ogruya yarasmayanlari elesin.ama lazim gelerse qan tokuler,razboyda olar.olar yaxsi bilir ki ne elemek lazimdi.ele bele yere o kese ogru adi vermirler.onlar olmasa elebilisiz her zaman sakitcilik olar heyati boyu.onlar her zaman absaki fikirlesib bu oz yerinde,her zaman xalqininda camaatininda qeydine qalib.neterki rehmetlik Bextiyar bir kelmesine qatar buraxdirib,bu hereketi her adam bacarmir.harda ogru vardisa orda stabillik,sakitcilik olur.ogrular ne qeder sohbetleri bir kelmelerine bagliyiblar,ele sohbetlerde olubki olum dirim sohbeti olub,ama olar yoluna qoyub.yene deyirem pristupni mir boyuk alemdi,bu alemde ancaq delavoylar,krutoylar,qederince zloylar,hecneden heckimden qorxmuyanlar(ancaq Allahdan qorx.yeni толыко АЛЛАХ может судит меня) cekinmiyinler,sozunu her zaman her yerde deyen,hemise her seye hazir olan en esaslardan soz verib,sozunu tutan,hormet eden,hormet goren,herkesi basa dusen,basa salan,qeyretli,namuslu olan,ve s.ozunu basa dusen oglanlara,yaxsi oglanlara canda qurban,ama quru quru soznen demeknen yox.kimki ozunu basa dusen oglan bilir ortaliq,absak ucun elinden geleni elesin

  6. SalaM OLsuN HeRKese deyin gorum nie indi qeyretsize qeyretli deyirler qeyretliye fagira Leke Yxirlar niye gucluyle bacara bilmiyenler fagira satasirlar niye muselman ola ola dar salvar qisa yubka geyinen qiza baxirlar niye qeretsiz qeyretden danisanda qeyretli cavabini vere bilmir niye hemise qeyretsiz qabaga gedir qeyretlini dala salirlar niye herden o ogru yolunu getmek isteyirem bele qeyretsizliye rast gelende qeyretsizleri mehv etmek isteyirem ama 1 2 3 100 oldurecem bes qalani nece olacaq menim arxamla kim gelecek yenemi hami susacaq yenemi o qeyretsizler yasiyacaq nece edimki onlarin koku kesilsin birdefelik onlari nece mehf edim deye deye fikirlesirdim ama bu sualin cavabini axirki anladim neqederki yasayir insan oqeder mohlet verilib seytana yadima dusduki bu dunyaya imtahan vermeye gelmisem yadima dusduki insan mehf etmeye menim huququm catmir zakonu allah mene qadaga edib ve bir tek yolum qalib heyatda kitabimdan meni yaradanin qoydugu qanunlara reyayet etmek ve agilla onlara qalib gelmek neceki onlar azerbaycanin qeyretli oglanlarinin analarina bacilarina salvar geydirir mini geydirir oglana baxirsan gorursen masallah canlara deyen oglandi ama vezyetini esidirsen qirila qirila qalirsan here ozune atvicatdi deyirler bes anasi bacisi etdiyi emllere kim atvicat olmalidir meselen dar salvarda sinesi aciq senin evine qonaq gelen qiza anin bacinin yaninda nece baxarsan baxirlar bilirik ama icimizde oz kisiliymize sigisdirmiriq axi ne edesen nece edesen buzamanada necir yasayasan qirila qirila qalirsan yenede susursan susursan camaat nece men de ele deyirsen? yox doze bilmir menim vicdanim daha bu dunyanin dagilmasini dunyanin sonunun catmasini isteyirsen neyse calish kisikimi yasa 1 saat yasa ama qeyretsiz qeyretden danisanda sozunu denen sindir onu o guclu olsa bele yaltaqlar onun terefinde olsa bele icinden gelen sese qulaq ve herkese deyirem icinden gelen soze qulaq as onsuzda ezab cekirik de bu dunyada onsuzda qeyretsiz kef cekir de bu dunyada GeL sozumuzu deye deye ezab cekek de onsuzda oleceksen de dunyani tutub durasi deyilsenki kisi kimi olde

  7. Ozunu , sozunu taniyan her kese Allahin salami olsun…Artiq 20 ildiki Azerbaycanda Ogrulara ve elecede ogru qanunlarina divan tutulur….Allah rehmete geden Ogrularimiza rehmet elesin,qalanlarina ise uzun omur can sagliqi versin..Yunusa(yasamal),Elibalaya(Qoca),Dadasa(Novxani) can sagliqi versin,omurlerin ozun elesin…Bizim bu ogrularimizdan basqa,ogru qanunlarinin yasamasindan otru butun heyatini demek olar ki qurban veren qardaslarimiz var…Elxan(Exim,Mincivan),Ulvi(Gence),Perviz(strimlyaqa), Rafiq(Strimlyaqa),Heci(Xirdalan) v.s..Men haminin adini cekmedim..Chun ki,bele qardaslarin sayi kifayet qederdi..Butun yaxsi qardaslarin omru uzun canlari salamat olsun..Olenlere Allah rehmet elesin…AMIN…

  8. ALLAH olenlere rehmet qalanlara can sagligi versin.Bir yannan dovletin bir yannan da OGRU-larin zakonlari cemiyeti casmaga qoymur.Qanan adam dovleti saymasada OGRUnu mecburdu saya.Agzi nedi….saymayanin.
    ..onu sayallar gunde 5 defe …

  9. oğru qanunlarının cox üstün cəhətləri var.Rüşvət yoxdur,güclü gücsüzü sındıra bilməz,hər kəsin nə səhvi var üzünə deyilir,mavilər(petuxlar) öz yerini bilir,azadlıqda isə belə biabırcı hallar həddən coxdur.

  10. Lotularun yawadilmasina ve xalq arasina dovlet terefinden hell olmayan problemlerin lotular terefinden hell olmasina ehtiyyac var…salamim var baw bilen ve krutoy oglanlara…. RAziN

    • Lotu Bextiyarin Söhbeti
      ____________________
      Bir gun Bextiyari,zonda yoxlamaq ucun,yatdigi kalonyanin divarinda 1 dewik acib,icine turba kecirdirler,ve deyirler.
      -Kim bu turbadan cöle tupurse,azadliga buraxirir…
      1-2 nefer tupurur, novbe catir Bextiyara…Fikirlewib,deyir….
      -O turbanin bir ucu cöle cixir…MEN AZADLIGIMA TUPURMUREM!!

  11. ПРИВЕТ ВСЕМ ,,,,! АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН БЕХТИЙАР ГАРДАШЬМЬЗА ЙАПОНЧИКЕ ВЕ ОННАН ГАЛАНЛАРА АЛЛАЗ РЕХМЕТ ЕЛЕСИН ВЕ ГАЛАНЛАРА АЛЛАХ ЧАН САЛЬХЬ ВЕР СИН

  12. Ogru demek varlidan ogurluyub kasiba vermekdi ogru ozunden zeife hec vaxt elq qarldirmamalidir!!! ogru azadliq isteyendir> onun ucun prezidente polislere qarwi baw qaldiran ogrularimiz var!!! onlar qanunu sevmirler cunki onlarin oz qanunlari var cunki onlar OGRUDULAR!!!!!!!!!!!

  13. Men esgerli şahmar.bes bir şeyi başa düşmürem oxuduguma bildiklerime göre ogrular hak edalet terefinde olmalidilar.bes niye olar ancax özlerini fikirleshirler?hamisi ad qazanmax ucun vurushurlar.kriminal alemde birinci yerinde olmax isteyirler.oxudugumuz kimi biri ikisine,ikisi ucune komey elese hem ozleri hemde sozlerin etdiyleri yoxsullarin hakqinida saxliyalar.BIRLIY OLSA. Ama indiki zamanda here ozunedi..HAMIVIZA CAN SAGLIGI..

  14. Bizlerin LOtu kimi tanidigi bu oglanlar heresi oz vaxdinda sozunu varlilara kasiba kusuba zulm eliyenlere yeriden oglanlardi . Gerek biz hec vaxt onlari yaddan cixardmiyag hemise onlara rehmet oxuyag yasasin bele oglanlar ne qeder bele oglanlarin sayi cox olsa bir o qeder yaxsidi . Allah onlara qeni qeni rehmet elesin

  15. Lotu bextiyar Da boyuk avtoritetlerden olub.O olumu herkesi kederlendirib.
    Lotu Hikmet,Mamed Masalli,Dagli Cavansir Bextiyara cox yaxin lotular olub

  16. Evvela bura baxiram coxlari ogru aleminnen daniwir coxlarida o sozlere qiymet verir evela ogru dunyasinnan daniwan insan hereketinnen ve emelin ele etmelidirki oznu dogrudsun menim fikrimce ise kim isteyir sen ol evvale oglan ol suali olan 0552219101

  17. Bir gun lotu Bextiyar oz hemsirdaslarinan yeyib icir.Bextiya ayaqa qalxib sagliq deyir bun icek tendir coreyinin sagliqina yox zavod coreyinin sagliqina icek hami qaldirib icir ama bir neferden basqa hami icib rumkani yere qoyanan sonra Bextiyardan sorusur bu sagliqin ne menasi var. Bextiyar cavab verib deyir tendir coreyi iki uzlu bisir ama zavod coreyi bir uzlu bisir.mende bu bedeni qaldirdimki bir uzlu olmaqimizin serefine.

  18. men qiz olmagima baxmayaraq herden kaski oglan olardim deyirem lotularin heyati kimi heyat yasamaq ucun lotu yunusu ve onun dostlarini cox yaxsi taniyiram hetta onun en yaxin dostu sirdasi ve yoldasi menim atamdir
    men ondan melumat aldiqca icimden qadin lotu olmaq gelir cox maraqlidi on larin heyati

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s